
Hüquqinfo.az bildirir ki,
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni Baş katibi Mavritaniyanın keçmiş xarici işlər naziri İsmayıl Ould Şeyx Əhmədi təbrik edib, artan islamofobiyaya qarşı həmrəyliyi vurğulayıb və Azərbaycanın Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
O, artan regional hərbi münaqişələrlə bağlı dərin narahatlığını ifadə edərək, qlobal miqyasda müsəlman icmalarını hədəf alan ayrı-seçkilik və zorakılıqla mübarizə aparmaq üçün diplomatik səyləri gücləndirməyə və İƏT-i birgə fəaliyyətə çağırdı.
Nazir 2027-ci ildə Azərbaycanda keçiriləcək İƏT Sammiti üçün institusional hazırlıq işləri barədə məlumat verdi.
Foreign Minister @Bayramov_Jeyhun addressed the @OIC_OCI Coordination Meeting.The Minister congratulated incoming OIC Secretary-General Ismail Ould Cheikh Ahmed, emphasized solidarity against rising Islamophobia, and reaffirmed Azerbaijan’s support for Palestine’s statehood.… pic.twitter.com/mmo1qRcL6O







