Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Yardımlıda 16 kq narkotik vasitə aşkarlanıb, üç nəfər h...--:--
News
İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...--:--
News
Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ö...--:--
News
“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına dü...--:--
News
Bakıda forum: idarə olunan 30 trilyon dollarlıq aktivlə...--:--
News
Yardımlıda 16 kq narkotik vasitə aşkarlanıb, üç nəfər h...--:--
News
İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...--:--
News
Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ö...--:--
News
“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına dü...--:--
News
Bakıda forum: idarə olunan 30 trilyon dollarlıq aktivlə...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Azərbaycan Prezidenti: ÜDM-də qeyri-neft sektorunun payı 70 faizdən çoxdur

Bugün, 09:33
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Hüquqinfo.az-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Prezident bildirib ki, Azərbaycanın ixracının 90 faizdən çoxu hələ də neft və qazın payına düşür.

“Bu gün ÜDM-in strukturuna baxsaq, qeyri-neft sektorunun payının artıq 70 faizdən çox olduğunu görərik. Lakin ixracımıza nəzər saldıqda onun 90 faizdən çoxunun hələ də neft və qazın payına düşdüyünü görəcəyik”, – dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu vəziyyəti yaxşılaşdırmalı və iqtisadiyyatını daha çox şaxələndirməlidir.

“Ümid edirik ki, qonaqlarımızın və bizimlə işləmək qərarına gələcək tərəfdaşlarımızın köməyi ilə buna nail olacağıq”, – Prezident deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın maliyyə imkanları məxfi texnologiyalar istisna olmaqla, demək olar, istənilən texnologiyanı almağa imkan verir.

“Biz hansı texnologiyaları ala biləcəyimizi bilirik və bunu edirik. Bu gün maliyyə imkanlarına malik olduğumuz üçün, məxfi texnologiyalar istisna olmaqla, demək olar ki, istənilən texnologiyanı ala bilərik. Bu, çox vacibdir”, – Prezident İlham Əliyev qeyd edib.

Prezident neft-qaz sektorundakı təcrübənin bu məsələdə yaxşı nümunə olduğunu bildirib. Onun sözlərinə görə, ilk hasilatın pay bölgüsü sazişi 1994-cü ildə imzalananda Qərbin enerji şirkətlərində çalışan əməkdaşların 90 faizindən çoxu əcnəbi mütəxəssislər idi.

“İndi əcnəbi mütəxəssislərin payı, yəqin ki, təxminən 5 faizdir. Bu, ölkənin inkişafına və potensialının gücləndirilməsinə böyük töhfə verib”, – dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev bir çox Azərbaycan vətəndaşının hazırda dünyanın müxtəlif ölkələrində qlobal miqyasda fəaliyyət göstərdiyini deyib.

“Nümayəndələrimizin mühüm vəzifələr tutması bizi sevindirir və qürurlandırır”, – Prezident bildirib.

Dövlət başçısı kadr hazırlığının mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır və təhsil sahəsində böyük işlər görülüb.

“Mən 2003-cü ildə ilk dəfə Prezident seçildikdən dərhal sonra gənclərin xaricdə təhsil alması ilə bağlı dövlət proqramı qəbul etdik. Həmin vaxtdan bəri minlərlə, bəlkə də on minlərlə gənc xaricdə təhsil alıb. Onların əksəriyyəti ölkəyə qayıdıb”, – Prezident İlham Əliyev deyib.

Prezident bunun pulla əldə edilməsi mümkün olmayan potensialın formalaşdırılması olduğunu vurğulayıb.

“Əlbəttə, ekspertiza baxımından aparıcı şirkətlərin ən yaxşı təcrübəsi və qabaqcıl praktikası düzgün istiqamətdə irəliləməyimiz üçün çox vacibdir. Məqsədimiz qeyd etdiyimiz sahələrdə neft-qaz sektorunda yaratmağa nail olduğumuz mühiti formalaşdırmaqdır”, – dövlət başçısı əlavə edib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

News thumbnail
siyaset

EIB-in Qafqaz rəhbəri: Azərbaycanda mədən sektoruna investisiyaları müzakirə etməyə hazırıq

News thumbnail
siyaset

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bugün, 10:29
News thumbnail
Bugün
son xeberler

"PAŞA Həyat Sığorta"nın səhmdarlarının ümumi yığıncağı keçiriləcək

Bugün, 10:25
News thumbnail
Bugün
siyaset

Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları

Bugün, 10:25
News thumbnail
Bugün
siyaset

İlham Əliyev: "Azərbaycan etibarlı və məsuliyyətli tərəfdaş reputasiyası formalaşdırıb"

Bugün, 10:22

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

“İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək”

Bugün, 10:20
News thumbnail
Bugün
dunya

Azərbaycan Las-Veqas, Dubay, Mayami kimi... - Emin Ağalarov

Bugün, 10:20
News thumbnail
Bugün
iqtisadiyyat

30 trilyon dollarlıq qlobal kapitalın Bakı ünvanı: Azərbaycan yeni investisiya mərkəzində

Bugün, 10:19
News thumbnail
Bugün
siyaset

Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb

Bugün, 10:18
News thumbnail
Bugün
idman

UEFA Millətlər Liqasında bu gün İngiltərə İspaniya yığması ilə qarşılaşacaq

Bugün, 10:16
News thumbnail
Bugün
siyaset

İlham Əliyev: "Azərbaycanın bütün qonşuları ilə münasibətləri aydın və proqnozlaşdırıla biləndir"

Bugün, 10:16
News thumbnail
siyaset

Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları

News thumbnail
siyaset

İlham Əliyev: "Azərbaycan etibarlı və məsuliyyətli tərəfdaş reputasiyası formalaşdırıb"