










Hüquqinfo.az bildirir ki,
Məsuliyyətli tərəfdaş reputasiyası və ölkənin təhlükəsizliyi Azərbaycanın investisiya cəlbediciliyinin mühüm amilləri sırasına daxildir.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, 30 il əvvəl bağlanmış neft-qaz müqavilələri indiyədək dəyişməz qalır: "Həmin müqavilələrdə bir sözə belə, yenidən baxılmayıb. Bu, investorların cəlb edilməsi amillərindən biri olub və Azərbaycana etibarlı və məsuliyyətli tərəfdaş reputasiyası formalaşdırmağa kömək edib".
.jpg)









