Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Səbinə Əliyeva Lənkəranda vətəndaşları qəbul edib--:--
News
ADEX 2026: Türkiyə 61 şirkətlə təmsil olunacaq--:--
News
Ukraynaya əsgər göndərə bilərlər--:--
News
Azərbaycan ilə Moldova arasında əməkdaşlıq müzakirə edi...--:--
News
Gürcüstan XİN rəsmisi: Azərbaycan-Ermənistan sülh prose...--:--
News
Səbinə Əliyeva Lənkəranda vətəndaşları qəbul edib--:--
News
ADEX 2026: Türkiyə 61 şirkətlə təmsil olunacaq--:--
News
Ukraynaya əsgər göndərə bilərlər--:--
News
Azərbaycan ilə Moldova arasında əməkdaşlıq müzakirə edi...--:--
News
Gürcüstan XİN rəsmisi: Azərbaycan-Ermənistan sülh prose...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

BMT-də Azərbaycanın Kiçik Ada Dövlətləri üçün Əməkdaşlıq Proqramı təqdim olunub

Bugün, 16:58
News thumbnail

Hüquqinfo.az bildirir ki,

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətlərinin mədəni və təbii irsinin qorunmasına yönəlmiş beynəlxalq texniki yardım proqramı təqdim olunub.

Qeyd olunub ki, Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Ada irsindən Ümumdünya İrsinə" mövzusunda tədbirdə kiçik ada dövlətlərinin nazirləri, BMT yanında daimi nümayəndələri, diplomatik korpusun üzvləri və digər yüksək vəzifəli nümayəndələr iştirak edib.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, iqlim dəyişikliyi və digər ekoloji təhdidlərlə üzləşən kiçik ada dövlətlərinin mədəni və təbii irsinin qorunması üçün onların praktiki imkanlarının gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın bu sahədə əməkdaşlığa və beynəlxalq həmrəyliyə sadiqliyini vurğulayan nazir müavini ölkəmizin hər il üç ada dövlətinə UNESCO-nun Ümumdünya İrs Siyahısına nominasiya prosesinə hazırlıq çərçivəsində ilkin siyahıların tərtibi üzrə texniki yardım göstərəcəyini bildirib.

Tədbirdə proqramın ilk pilot mərhələsinin Qvineya-Bisau, Palau və Dominikan Respublikasını əhatə edəcəyi açıqlanıb.

Çıxış edən Qvineya-Bisau və Palaunun xarici işlər nazirləri, eləcə də Dominikan Respublikasının yüksək vəzifəli nümayəndəsi ölkələrinin pilot mərhələyə daxil edilməsinə görə Azərbaycan hökumətinə təşəkkür ediblər.

Qrenada, Maldiv Respublikası və Baham Adalarının nazirləri də çıxışlarında proqramı kiçik ada dövlətlərinin ehtiyaclarına cavab verən, zamanında irəli sürülmüş məqsədyönlü təşəbbüs kimi qiymətləndiriblər. Müzakirələrə qatılan Almaniya, Türkiyə, Rusiya və digər ölkələrin nümayəndələri isə proqramın beynəlxalq tərəfdaşlığın inkişafına və dünya irsinin qorunmasına töhfə verəcəyini vurğulayıblar.

Tədbirin davamında proqramın icrası ilə bağlı praktiki məsələlər müzakirə olunub. Proqram çərçivəsində 39 ada dövlətindən 80-dən çox yerli mütəxəssisin hazırlanması nəzərdə tutulur.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Səbinə Əliyeva Lənkəranda vətəndaşları qəbul edib

News thumbnail
siyaset

Azərbaycan ilə Moldova arasında əməkdaşlıq müzakirə edilib

News thumbnail
siyaset

Gürcüstan XİN rəsmisi: Azərbaycan-Ermənistan sülh prosesi regional sabitliyin təminatında mühüm addımdır

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Əraqçi ilə Sibiqa Xəzər dənizində İran gəmisinə hücumu müzakirə ediblər

Bugün, 17:54
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycan və Özbəkistan təxminən 400 milyon dollarlıq investisiya layihələrinə start verib

Bugün, 17:52
News thumbnail
Bugün
iqtisadiyyat

“Atəşgah” Sığorta 8 ayda 28,3 milyon manat sığorta ödənişi həyata keçirib

Bugün, 17:50
News thumbnail
Bugün
siyaset

Paşinyanın rus dili öyrənməsinə Rusiyadan reaksiya

Bugün, 17:50

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Rutte NATO-nun Rusiya ilə hər hansı bir qarşıdurmadan qalib çıxacağına əmindir

Bugün, 17:45
News thumbnail
Bugün
siyaset

Ceyhun Bayramov almaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb

Bugün, 17:44
News thumbnail
Bugün
siyaset

Sabah Bakıda daha bir mühüm forum başlayacaq

Bugün, 17:44
News thumbnail
Bugün
dunya

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

Bugün, 17:40
News thumbnail
Bugün
son xeberler

DİN “Formula-1 Qatar Airways Azərbaycan Qran Pri”si ilə bağlı

Bugün, 17:35
News thumbnail
Bugün
iqtisadiyyat

Cəbrayılda kiçik biznes sahələrinə mediatur təşkil edildi

Bugün, 17:35
News thumbnail
siyaset

Putin Fransadakı səfiri vəzifəsindən azad edib

News thumbnail
siyaset

Əraqçi ilə Sibiqa Xəzər dənizində İran gəmisinə hücumu müzakirə ediblər