
Hüquqinfo.az bildirir ki,
İranın xarici işlər naziri Abbas Əraqçi ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşüb.
"Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının yüksək səviyyəli sessiyası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçi ilə görüşüb", - məlumatda bildirilib.
Qeyd olunub ki, görüşdə tərəflər gərginliklərin idarə olunması üçün diplomatiyanın əhəmiyyətini vurğulayıblar. "İki ölkənin xarici işlər nazirləri həmçinin iki ölkə arasında əlaqə kanallarının qorunub saxlanmasını zəruri hesab edərək, münasibətlərin idarə olunması məqsədilə lazımi ikitərəfli addımların atılmasını qabardıblar", - Əraqçi yazıb.
Tərəflər həmçinin Avropa və Qərbi Asiya regionundakı proseslər barədə fikir mübadiləsi apararaq, münasibətlərdə gərginliyin hər hansı formada artmasının qarşısını almaq məqsədilə təmaslarını davam etdirmək barədə razılığa gəliblər?:
"İki tərəf həmçinin aralarındakı ikitərəfli məsələlər, xüsusilə də Xəzər dənizində İran gəmisinə qanunsuz hücum və onların həlli yolları barədə fikir mübadiləsi aparıblar".









