
Hüquqinfo.az bildirir ki,
Zərurət yarandığı təqdirdə, Cənubi Koreya qoşunlarının Hörmüz boğazına göndərilməsi döyüş əməliyyatları ilə bağlı olmayacaq.
"Hüquqinfo.az"un məlumatına görə, Cənubi Koreya Prezidenti Li Cje Myon bunu Seulda keçirilən mətbuat konfransında bildirib.
"Biz müharibədə iştirak və ya müdaxilə etmək üçün qoşun göndərməyəcəyik", - dövlət başçısı deyib.
Onun sözlərinə görə, Koreya Respublikası da digər ölkələr kimi vətəndaşlarını qorumaq və xam neft tədarükünü təmin etmək üçün zəruri tədbirləri nəzərdən keçirməyə məcburdur.
Li Cje Myon Koreya Respublikası Hərbi Dəniz Qüvvələrinin piratçılığa qarşı mübarizə bölməsi "Çxonxe"ni Ədən körfəzində fəaliyyət göstərdiyini xatırladıb.
"Bildiyiniz kimi, "Çxonxe" bölməsi artıq (Ədən körfəzinə) yerləşdirilib və onun missiyası piratçılığa qarşı mübarizə də daxil olmaqla, vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Biz həqiqətən də bu tədbirləri gücləndirməyi düşünürük", - Prezident bildirib.
"Görünür, qoşun göndərməyin müharibədə iştirak etmək və ya onu dəstəkləmək, yaxud döyüş bölmələrinin göndərilməsi demək olacağı ilə bağlı narahatlıqlar var. Yenə də müharibədə iştirak etmək üçün qoşun göndərməkdən söhbət getmir", - Li Cje Myon vurğulayıb.










