
Hüquqinfo.az bildirir ki,
Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığı və bu qərarın absurd adlandırıldığı material dərc edib.
"Hüquqinfo.az" xəbər verir ki, məqalə müəllifi mükafatın təsisçilərinin birtərəfli yanaşma seçməsindən və Azərbaycan Prezidenti İlham Əliyevi qeyd etməməsindən təəccübünü ifadə edir, çünki Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması hər iki tərəfin siyasi iradəsinin və güzəştlərinin nəticəsi idi.









