Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Tramp həmin sammitdə iştirak edəcək--:--
News
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yer...--:--
News
AIIF 2026 çərçivəsində "Aqrobiznes sahəsində innovasiya...--:--
News
"Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi hazırlan...--:--
News
Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozmalarla ba...--:--
News
Tramp həmin sammitdə iştirak edəcək--:--
News
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yer...--:--
News
AIIF 2026 çərçivəsində "Aqrobiznes sahəsində innovasiya...--:--
News
"Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi hazırlan...--:--
News
Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozmalarla ba...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

FHN tərəfindən 27 Sentyabr – Anım Günü qeyd olundu

Bugün, 19:00
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi (RM) tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, əvvəlcə, Mərkəzin əməkdaşları Hərbi Memorial Məzarlığı ziyarət ediblər. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzülüb, onların əziz xatirəsi ehtiramla yad edilib.

Silsilə tədbirlər çərçivəsində paytaxtın Nərimanov rayonu ərazisində Nərimanov bələdiyyəsi tərəfindən Bakı RM üçün ayrılmış yaşıllıq zolağında ağacəkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq müxtəlif növ ağaclar əkilib və onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Daha sonra Regional Mərkəzdə təşkil olunmuş anım tədbirində Bakı RM-nin rəisi polkovnik Elnur Məhərrəmov, Milli Məclisin deputatı Aydın Hüseynov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş leytenant Azad Hümbətovun atası Arif Hümbətov, Vətən müharibəsi iştirakçıları və Mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Mərasim Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Mərkəz rəisi polkovnik Elnur Məhərrəmov cəmi 44 gün davam edən və tarixi Zəfərlə sona çatan İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycanın qüdrətli Ordusunun göstərdiyi qəhrəmanlıqlardan bəhs edib, qazanılan misilsiz Qələbənin əhəmiyyətindən danışıb.

Çıxış edən digər natiqlər qeyd ediblər ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə rəşadətli Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi tarixi Zəfərlə sona çatıb, işğal altında olan əzəli torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Torpaqlarımızın azad edilməsində əsgər və zabitlərimiz misilsiz şücaət göstərib, öz qəhrəmanlıqları ilə adlarını şanlı Azərbaycan tarixinə əbədi yazıblar.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Tramp həmin sammitdə iştirak edəcək

News thumbnail
siyaset

Tramp həmin samitdə iştirak edəcək

News thumbnail
siyaset

Ceyhun Bayramov sloveniyalı həmkarı ilə ikitərəfli gündəliyi nəzərdən keçirib

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

Niyazi Əmirbəyov: "Kənd təsərrüfatında istehsal son istehlakçının tələbatına uyğun qurulmalıdır"

Bugün, 19:44
News thumbnail
Bugün
siyaset

Ceyhun Bayramov Nyu-Yorkda İqƏT-in iclasında Xankəndi Kommunikesinin icrasından danışıb

Bugün, 19:44
News thumbnail
Bugün
siyaset

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək

Bugün, 19:40
News thumbnail
Bugün
siyaset

Azərbaycan Milli Məclisi Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək

Bugün, 19:40

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Parlament 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək

Bugün, 19:39
News thumbnail
Bugün
siyaset

Milli Məclisin payız sessiyası çərçivəsində keçiriləcək ilk plenar iclasının gündəliyi açıqlanıb

Bugün, 19:38
News thumbnail
Bugün
siyaset

Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Bugün, 19:38
News thumbnail
Bugün
iqtisadiyyat

Neftçalada küləyin sürəti 25 m/s-yə çatır

Bugün, 19:37
News thumbnail
Bugün
siyaset

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb

Bugün, 19:36
News thumbnail
Bugün
siyaset

Azərbaycan "Silk Road Fund"u ilə yeni investisiya təşəbbüslərini müzakirə edib

Bugün, 19:35
News thumbnail
siyaset

Ceyhun Bayramov Nyu-Yorkda İqƏT-in iclasında Xankəndi Kommunikesinin icrasından danışıb

News thumbnail
siyaset

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək