Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Serbiyada neft və neft məhsullarının ixracına qoyulmuş ...--:--
News
Dünənki məğlubiyyətdən sonra istefa verdi--:--
News
Fariz Cəfərov: "Rəqəmsal texnologiyaları iqtisadi dəyər...--:--
News
Prezident Bakıda mühüm forumda... - Video--:--
News
Azərbaycanın məlumat mərkəzləri ilə bağlı əsas üstünlük...--:--
News
Serbiyada neft və neft məhsullarının ixracına qoyulmuş ...--:--
News
Dünənki məğlubiyyətdən sonra istefa verdi--:--
News
Fariz Cəfərov: "Rəqəmsal texnologiyaları iqtisadi dəyər...--:--
News
Prezident Bakıda mühüm forumda... - Video--:--
News
Azərbaycanın məlumat mərkəzləri ilə bağlı əsas üstünlük...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Flora Kərimova nazirlərə müraciət etdi

Bugün, 13:33
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Kult.az “Yeni Sabah”-a istinadla xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı müraciətdə iki məhkəmə qərarının icra olunmadığını bildirib. O, Tovuz rayonunda məhkəmə qərarlarının icrası ilə bağlı yaranmış vəziyyətin araşdırılmasını istəyib.

Flora Kərimova Ədliyyə Nazirliyinə ünvanladığı müraciətdə iki məhkəmə qərarının icra olunmadığını qeyd edib və qərarların icrası üçün başqa instansiyaya müraciət imkanının olub-olmadığını soruşub.

Sənətçi daha sonra Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edərək iki il əvvəl Ülviyyə Alovlu və Afət Fərmanqızı ilə bağlı məktubla müraciət etdiyini xatırladıb. O, oğurlandığını bildirdiyi səs yazısının yayılması və Ülviyyə Alovlunun məhkəməyə məcburi gətirilməsi ilə bağlı müraciətlərinin nəticəsiz qaldığını iddia edib.

Kərimova bildirib ki, məsələ ilə bağlı Baş Polis İdarəsində görüş keçirilib və ona qanun çərçivəsində hüquqlarının təmin ediləcəyi vəd olunub. Onun sözlərinə görə, sonradan Ülviyyə Alovlu barəsində yenidən cinayət işi açılıb, lakin Yasamal polisi iki ildir onu taparaq məhkəməyə gətirə bilmir.

Xalq artisti paylaşımında aidiyyəti qurumların fəaliyyəti ilə bağlı bir sıra suallar da ünvanlayıb:

“Bu vəziyyətdə iki ehtimal ortaya çıxır: ya Sizin səlahiyyətinizdə olan qurumlar baş verənləri Sizə ümumən məruzə etmirlər, yalnız özlərinə sərf edən məlumatları çatdırırlar, ya da qanunun tələbləri və göstərişlər icra edilmir, özbaşına, kiminsə istəklərinə uyğun hərəkət edirlər”.

Flora Kərimova sonda məsələ ilə bağlı konkret araşdırma aparılmasını və nəticə əldə olunmasını tələb edib:

“Mən artıq iki il əvvəl olduğu kimi, yenidən bilərəkdən eyni “səriştəsizlik” – sabotajla və cavabsızlıqla qarşılaşmaq istəmirəm. Demirəm xalq artistiyəm, ŞƏRƏF ordenim var. Mən sadə bir vətəndaşam. Sizdən vətəndaş haqqımın bərqərar olmasını, qanunla müəyyən edilmiş səlahiyyətləriniz çərçivəsində konkret araşdırma aparılmasını və qəti nəticəsini tələb edirəm!”

Qeyd edək ki, Flora Kərimova ilə Afət Fərmanqızı arasında daha əvvəl də məhkəmə çəkişməsi olub. 2024-cü ildə Binəqədi Rayon Məhkəməsində Kərimovanın xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb və tərəflər arasında barışıq əldə olunub.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Prezident Bakıda mühüm forumda... - Video

News thumbnail
siyaset

"Global Infrastructure Partners" Azərbaycana investisiya imkanlarını müzakirə edib

News thumbnail
siyaset

Böyük Britaniya səfiri Bakıdakı "Formula 1" yarışında medianın fəaliyyəti ilə tanış olub

Populyar Xəbərlər

News thumbnail
Bugün
idman

Gürcüstan futbol yığmasının baş məşqçisi Şimali İrlandiyaya məğlubiyyətdən sonra istefa verib

Bugün, 13:55
News thumbnail
Bugün
iqtisadiyyat

AIIF 2026-da SOCAR-ın müxtəlif şirkətlərlə imzaladığı bir sıra sənədlərin detalları açıqlanıb

Bugün, 13:53
News thumbnail
Bugün
dunya

Türkiyədə Bakıya qarşı kampaniya: BMT-də nə baş verib?

Bugün, 13:51
News thumbnail
Bugün
iqtisadiyyat

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb

Bugün, 13:47

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

Bugün, 13:47
News thumbnail
Bugün
idman

Mbappenin son vəziyyəti açıqlandı

Bugün, 13:45
News thumbnail
Bugün
siyaset

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Bugün, 13:45
News thumbnail
Bugün
iqtisadiyyat

İqor Yakovenko: Azərbaycan yeni investisiya layihələri üçün investorların marağını cəlb edir

Bugün, 13:44
News thumbnail
Bugün
iqtisadiyyat

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Bugün, 13:42
News thumbnail
Bugün
idman

Antonelli Bakıdakı şənbə yarışında vəziyyəti düzəldəcəyinə ümid edir

Bugün, 13:40
News thumbnail
siyaset

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

News thumbnail
siyaset

Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb