
Hüquqinfo.az bildirir ki,
Serbiyanın texniki mandatla fəaliyyət göstərən hökumətinin neft və neft məhsullarının ixracına qoyduğu müvəqqəti qadağa daha bir ay qüvvədə qalacaq.
"Hüquqinfo.az"un Balkan bürosu xəbər verir ki, bu barədə "Službeni glasnik" nəşrində məlumat dərc olunub.
Bildirilib ki, hökumətin qərarına əsasən, neft və neft məhsullarının ixracına tətbiq edilən müvəqqəti qadağanın müddəti sentyabrın 30-dan oktyabrın 31-dək uzadılıb.
Qeyd olunub ki, Serbiya hökuməti müvafiq dəyişiklik barədə qərarı sentyabrın 24-də qəbul edib.










