Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı--:--
News
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradıla...--:--
News
AMEA: Gəncəsər monastırı ətrafında yaradılan kampaniya ...--:--
News
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərd...--:--
News
Bakı və Kişineu daha 12 sənəd imzalaya bilər--:--
News
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı--:--
News
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradıla...--:--
News
AMEA: Gəncəsər monastırı ətrafında yaradılan kampaniya ...--:--
News
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərd...--:--
News
Bakı və Kişineu daha 12 sənəd imzalaya bilər--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Gələcəyin birlik modeli

Bugün, 18:35
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanın dövlət başçısı İlham Əliyevin 15 sentyabrda Bakıda keçirilən beynəlxalq konfransların, o cümlədən “Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının” iştirakçıları ilə görüşündə etdiyi çıxışda çox maraqlı bir məqam var.

Birlikdə olmağın, şərə və ədalətsizliyə qarşı birgə mübarizənin daha faydalı nəticələr verdiyindən danışan ölkə başçısı çıxışında bir neçə dəfə tarixə ekskurs edərək həm türk dünyasının, həm müsəlman aləminin ayrı-ayrı təşkilatlarda birləşərək gördükləri işlərin, Azərbaycanda bu birliklər tərəfindən keçirilən tədbirlərin önəmini vurğulayır. Və bu zaman üçüncü bir birlik modelini irəli sürərək, region olaraq Qafqazda yerləşən ölkə və xalqların birlikdə hərəkət edəcəyi və digər iki birlik modelinə qoşulacağı halda daha yüksək nəticələrə gəlinə biləcəyini vurğulayır. Yenə də yaxın tarixdən misal gətirən dövlət başçısı paytaxtı Naxçıvan olan Atabəylər dövlətinin zamanını xatırladaraq: “Türk dünyası və Qafqaz – bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır” deyir.

Çıxışının sonrakı hissəsində bir daha bu məsələyə qayıdan dövlət başçısı qeyd etdi ki: “Mən bir də qayıdıram ön sözümə ki, bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz”.

Hamımız bilirik ki, Türk dünyası və İslam aləmi müxtəlif təşkilatlar, birliklər şəklində on illərdir fəaliyyət göstərir. Lakin çıxışda vurğulanan “Qafqaz birliyi” uzun illərin tarixi arzusu və ideyası olsa da, hələ də hər hansı formada bir təşkilatda birləşmək mümkün olmayıb. Qafqaz birliyinin tarixin fərqli zamanlarında, fərqli formada ideya kimi necə ortaya çıxmasını azca araşdıranda görürük ki, bu ideyanın tarixi xeyli əvvələ gedir. Hələ 19-cu əsrdə və 20-ci əsrin əvvəllərində region ziyalıları, başda Mirzə Fətəli Axundov və gürcüstanlı mütəfəkkirlər Qafqaz xalqlarının ortaq taleyə malik olduğu haqda fikirlər səsləndirirdilər. 1918-ci ildə Rusiya imperiyasının süqut etdikdən sonra, 22 aprel 1918-də qurulub 26 may 1918-də dağılan “Zaqafqaziya Demokratik Federativ Respublikası”nı və “Şimali Qafqaz Xalqları İttifaqı”nı bu ideyanı ilk dəfə dövlətlərarası səviyyədə tətbiq etmək cəhdi saymaq olar.

SSRİ-nin qurulması ilə arxivə göndərilən ideya, elə məhz bu quruluşun dağılmağa başladığı zamanda, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində yenidən aktuallaşdı. Bu dəfə zamanın Azərbaycan və Gürcüstan liderləri ilə yanaşı Çeçenistanın ozamankı rəhbəri, rəhmətlik Cövhər Dudayevin də dəstəklədiyi “Qafqaz evi” ideyası ortaya atıldı və bütün Cənubi və Şimali Qafqaz xalqları bu ad altında birləşməsi təklif edildi.

Növbəti belə cəhd, artıq rəsmi dövlət başçıları tərəfindən edildi. 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze Tbilisidə “Sülh, sabitlik və təhlükəsizlik bəyanatı”nı imzalayaraq “Sülhsevər Qafqaz” və “Ümumi Qafqaz Evi” təşəbbüsünə rəsmi praktiki dəstək verdilər. Lakin tarix boyu edilən bütün cəhdlər kimi bu sonuncu cəhd də bir neçə səbəbdən uğursuzluğa düçar oldu. Bu səbəblərdən ən ciddiləri kimi, region ölkələri arasında baş verən etnik və ərazi münaqişələri, bölgə üzərində nüfuz uğrunda mübarizə aparan böyük güclərin və böyük dövlətlərin fərqli maraqları, Cənubi Qafqaz ölkələrinin (Azərbaycan, Gürcüstan, Ermənistan) fərqli xarici siyasət prioritetləri göstərilir.

Gələk günümüzə: region ölkələri arasında olan, konkret Ermənistanla Azərbaycan arasındakı münaqişə rəsmi olaraq başa çatıb, böyük güclər və böyük dövlətlər sayılanlar artıq xeyli zəifləyib və proseslərə təsir imkanları azalıb. Cənubi Qafqaz ölkələrinin xarici siyasət prioritetləri bir çox məsələlərdə artıq üst-üstə düşür. Belə bir halda tarixi bir ideyanın yenidən gündəmə gətirilməsi əslində çox doğru addımdır. Digər tərəfdən, Azərbaycan dövlət başçısı təkcə “Qafqaz birliyi” ideyasını irəli sürmür, “Qafqaz-Türk-İslam” birliyindən danışaraq daha fərqli və böyük format təklif edir. Diqqətlə analiz edəndə görünür ki, bu təklif sadəcə bu gün üçün verilən bir təklif deyil. Əslində, bu format indinin yox, gələcəyin formatıdır. Böyük liderlər tək öz yaşadıqları dövr üçün yox, gələcək üçün də işlər görə bilən liderlərdir. Bu anlamda biz bu ideyanın gələcəkdə hansı formada baş tuta biləcəyinə, hətta tuta biləcəyinə yox, tutacağına nəzər salaq. Bu gün Rusiyanın tərkibində olsa belə, Rusiya konstitusiyasında subyekt kimi rəsmən respublika adlandırılan düz 7 Şimali Qafqaz dövləti var. Bunlar: Adıge Respublikası, Dağıstan Respublikası, İnquşetiya Respublikası, Kabarda-Balkar Respublikası, Qaraçay-Çərkəz Respublikası, Şimali Osetiya – Alaniya Respublikası, Çeçenistan Respublikası. Bu respublikaların hər birinin müstəqil dövlətə çevriləcəyi gün, gündən-günə zəifləyən Rusiya fonunda yaxınlaşmaqdadır. O cümlədən yenə də eyni səbəbdən, yəni Rusiyanın bölgədəki nüfuzunu itirib, hadisələrə müdaxilə edə bilməməsi səbəbindən Gürcüstanın daxilindəki problemlər də bitəcəyi, Gürcüstan Respublikasının da öz suverenliyinə qovuşacağı gün uzaqda deyil.

İndi gəlin tam müstəqil dövlətlərdən ibarət olan Qafqaz regionunun bir təşkilatda birləşməsini və bu təşkilatın həm türk dövlətləri, həm də islam ölkələri təşkilatları ilə sıx birlik halında, birgə hərəkət etdiyini düşünək, xəyal edək. (Onu da qeyd edək ki, bütün bunlar baş verəcəyi halda, Ermənistanın belə bir birlikdən kənarda qalması faktiki olaraq təklənməsinə və regionun “ən zəif halqası” olmasına gətirib çıxara bilər. Bu mənada Ermənistanın bu prosesdən kənarda qalacağı inandırıcı görünmür)

Bax bu zaman Azərbaycanın dövlət başçısının öz çıxışında verdiyi qlobal mesajın, yeni bir birlik formatının nə demək olduğunu tam dərk etmiş olacağıq. Vaxtı ilə deyilənlərin, xəyal olanların bir-bir gerçəyə çevrildiyi günümüzdə, bu ideyanın da ən yaxın tarixdə həyata keçəcəyinə inam sonsuzdur. Belə bir birlik həm də ona görə bizim üçün önəmlidir ki, bu birliyinin təkcə üzvü yox, qurucusu, ideya müəllifi və əsas aktoru olacağıq. Bizim belə bir birliyə üzv olmağımız digər üzvlər üçün ona görə önəmlidir ki, elə dövlət başçımızın öz sözləri ilə desək: “Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir”.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı

News thumbnail
siyaset

Bakı və Kişineu daha 12 sənəd imzalaya bilər

News thumbnail
siyaset

Məcnun Məmmədov: Azərbaycan-Moldova Hökumətlərarası Komissiyanın növbəti iclası dekabrda keçiriləcək

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

Əməkdar artist komaya düşdü

Bugün, 19:44
News thumbnail
Bugün
dunya

Bakıda kişi arvadını marketdə, autizm​li övladının göz qarşısında döydü

Bugün, 19:35
News thumbnail
Bugün
siyaset

Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü

Bugün, 19:35
News thumbnail
Bugün
son xeberler

100 il əvvələ qayıdırıq

Bugün, 19:25

Həftənin Xəbərləri

News thumbnail
Bugün
idman

"Neftçi" Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb

Bugün, 19:23
News thumbnail
Bugün
dunya

Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur

Bugün, 19:22
News thumbnail
Bugün
siyaset

Abşeronda kənd təsərrüfatının inkişafı ilə bağlı işlər müzakirə olunub

Bugün, 19:10
News thumbnail
Bugün
siyaset

Paşinyan Cənubi Qafqazda sülhə verdiyi töhfəyə görə İlham Əliyevə minnətdarlığını bildirib

Bugün, 19:07
News thumbnail
Bugün
siyaset

Tanınmış rejissor “xarici agent” elan edildi

Bugün, 19:05
News thumbnail
Bugün
dunya

ABŞ "LUKOIL"un xarici aktivlərinin satışı üçün lisenziyanı uzadıb

Bugün, 19:01
News thumbnail
siyaset

Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb

News thumbnail
siyaset

Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü