Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Özbəkistanda ümumi dəyəri 7 milyard dollar olan 47 obye...--:--
News
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqq...--:--
News
Rebeka Qrinspan BMT baş katibi postu uğrunda üçüncü qey...--:--
News
Rusiya Odessada binanı vurdu: ən azı 10 nəfər yaralandı--:--
News
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü--:--
News
Özbəkistanda ümumi dəyəri 7 milyard dollar olan 47 obye...--:--
News
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqq...--:--
News
Rebeka Qrinspan BMT baş katibi postu uğrunda üçüncü qey...--:--
News
Rusiya Odessada binanı vurdu: ən azı 10 nəfər yaralandı--:--
News
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb

Bugün, 20:12
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Son günlərdə Ermənistanda Azərbaycanın Qarabağ ərazisində olan Qafqaz Albaniyası abidələri, xüsusilə də Gəncəsər monastırı ətrafında süni şəkildə yaradılan məqsədyönlü hay-küy, tarixi elmi reallıqlarla heç bir əlaqəsi olmayan ucuz və mənasız sensasiya yaratmaq cəhdindən ibarətdir.

Hüquqinfo.az xəbər verir ki, bu sözlər, Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanatında öz əksini tapıb.

Bəyanatda deyilir: “Əslində isə Gəncəsər monastır kompleksi və onun mühüm tərkib hissəsi olan Gəncəsər monastırı erməni tarixi ilə heç bir əlaqəsi olmayan, Qafqaz Albaniyasına məxsus tarixi abidədir. Bu abidənin Albaniyaya və onun yerli əhalisi olan albanlara məxsus olması təkzibedilməz tarixi-arxeoloji faktlar ilə çoxdan sübut olunur. Bunu təsdiq edən ən önəmli faktlardan biri Gəncəsər monastırının ermənilərə heç bir aidiyyəti olmayan Qafqaz Albaniyasının tarixi coğrafi ərazisində inşa edilməsidir. Həmin ərazi Qafqaz Albaniyası dövlətinin əsas vilayətlərindən biri olub, onun tərkibində tarixi inkişaf yolu keçmişdir. Ərəb Xilafəti süquta uğradıqdan sonra burada Alban çarlığının hakimiyyəti qismən bərpa olunmuşdur. XII-XIII əsrlərdə bu ərazidə Alban-Xaçın knyazlığı yüksəlmişdir. Bu knyazlığın hökmdarı Azərbaycanın görkəmli dövlət xadimlərindən olan Həsən Cəlal (1215-1261) olmuşdur. Həsən Cəlal və onun həyat yoldaşı əsli etibarilə məşhur Alban sülaləsi Mehranilər şəcərəsinə mənsubdur. Çar, yaxud mütləq hakim titulu daşıyan Həsən Cəlal dövrün mənbələrində “knyazlar knyazı”, “Xaçın ölkəsinin knyazı”, ”Albaniyanın çarı” və s. bu kimi titullar ilə adlandırılırdı.

Həsən Cəlalın dövründə Azərbaycanın bu tarixi torpaqlarında iqtisadi, siyasi və mədəni tərəqqi baş vermiş, onun dövrü Alban renessansı kimi xarakterizə olunmuşdur. Gəncəsər monastırı da bu renessansın möhtəşəm nümunəsi kimi inşa edilmişdir.

Gəncəsər monastırında albanlara məxsus bərabərtərəfli xaç işarəsindən istifadə olunmuşdur. Bərabərtərəfli xaç işarəsi albanların möhürü funksiyasını yerinə yetirmişdir. Monastır regionun yerli inşaat materialları ilə tikilmişdir.

Bundan başqa, Qarabağ ərazisindəki əksər abidələrdəki və Gəncəsər monastırındakı epiqrafik yazılar albanlara məxsus olan mətnlərdən ibarətdir. Bu epiqrafik yazılar Gəncəsər monastırının daş kitabəsidir. 1919-cu ildə Petroqradda Gəncəsər monastırının epiqrafik mətnləri haqqında nəşr olunan və elə həmin dövrdə ermənilər tərəfindən məqsədyönlü şəkildə məhv edilən Gəncəsər yazılarına dair kitabda da bu abidələrin albanlara məxsus olduğu təsdiqini tapmışdır. Monastırın üzərindəki freskalar (divar rəsmləri) da bu abidənin alban irsinə aid olduğunu bir daha əyani şəkildə sübut edir.

Ermənilər hələ sovet hökuməti dövründə, sonra isə işğal prosesi zamanında Gəncəsər monastırının erməniləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişlər. Belə ki, monastırın alban epiqrafik abidələri məhv edilmiş, yaxud sökülərək Ermənistana aparılmış və təhrif edilmiş erməni mətnləri ilə əvəz edilmişdir. Eyni zamanda, Gəncəsər monastırı üzərində olan bərabərtərəfli alban xaçı fərqli formaya malik olan qriqorian xaç işarəsi şəklinə salınmışdır. Monastırın içərisindəki alban katolikoslarına məxsus məzarlara da müdaxilə edilmiş, qəbirlərin ilkin quruluşu dəyişdirilmişdir. Həmçinin, işğal dövründə ermənilər bərpa adı ilə Gəncəsər monastırında Ermənistandan gətirilmiş inşaat materiallarından istifadə etməklə abidənin orijinal görkəminə xələl gətirmişlər.

Qafqaz Albaniyası abidələri, o cümlədən Gəncəsər monastırı ilə bağlı elmi və tarixi reallıqlar bunlardan ibarət olduğu halda, Azərbaycanda fəaliyyət göstərən diplomatların işğaldan azad edilmiş ərazilərə səfəri zamanı ermənilər tərəfindən edilmiş təhriflərin müşahidə olunmasının Ermənistanda narazılıqlar yaratması əsl həqiqətin ört-basdır edilməsindən başqa bir şey deyildir.

Hesab edirik ki, Gəncəsər monastırı ətrafında Ermənistan tərəfindən qaldırılan qalmaqalın heç bir elmi-tarixi əsası yoxdur və hazırda Azərbaycan dövlətinin meydana qoyduğu sülh gündəliyinə zərbə vurmaq məqsədi daşıyır. Bu təxribat faktı Ermənistanda uzun illərdən bəri Azərbaycanın milli-mənəvi dəyərlərinə, mətbəx nümunələrinə sahib çıxmaq, abidələrimizi süni şəkildə özününküləşdirmək siyasətinin davamından ibarətdir. Bu onu göstərir ki, Ermənistanda uydurma Böyük Ermənistan xülyasından əl çəkməyən qüvvələr hazırda öz ölkələrində reallıqlara doğru atılmaqda olan addımları da pozmaq niyyətlərini həyata keçirirlər.

Azərbaycan alimləri Gəncəsər monastırı ətrafında Ermənistanda məqsədyönlü olaraq qızışdırılan kampaniyanı qətiyyətlə pisləyir və erməni tərəfini süni və yalan təbliğata deyil, elmi həqiqətlərə obyektiv yanaşmağa çağırır”.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Özbəkistanda ümumi dəyəri 7 milyard dollar olan 47 obyektin tikintisinə başlanılıb

News thumbnail
iqtisadiyyat

Qafqaz Albaniyası ilə bağlı seminar keçirilib

News thumbnail
iqtisadiyyat

SOCAR neftçiləri təbrik edib

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Bugün, 20:46
News thumbnail
Bugün
dunya

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

Bugün, 20:40
News thumbnail
Bugün
siyaset

Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı

Bugün, 20:40
News thumbnail
Bugün
siyaset

FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib

Bugün, 20:38

Həftənin Xəbərləri

News thumbnail
Bugün
son xeberler

Leyla Şıxlinskaya aylar sonra belə görüntüləndi

Bugün, 20:38
News thumbnail
Bugün
siyaset

Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu

Bugün, 20:30
News thumbnail
Bugün
dunya

Kişi arvadını autizmli uşağının gözü qarşısında... - Video

Bugün, 20:30
News thumbnail
Bugün
siyaset

Hamının bildiyi o şeiri bu dəfə Leyla Əliyeva oxudu

Bugün, 20:30
News thumbnail
Bugün
cemiyyet

Sevda Saleh Məmmədzadə vəfat etdi

Bugün, 20:28
News thumbnail
Bugün
idman

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub: "Bizi qarşıda çətin oyunlar gözləyir"

Bugün, 20:27
News thumbnail
iqtisadiyyat

ABŞ və Cənubi Koreya investisiya ilə bağlı fikir ayrılıqları fonunda danışıqlar aparıb

News thumbnail
iqtisadiyyat

AMEA: Gəncəsər monastırı ətrafında yaradılan kampaniya tarixi reallıqları təhrif edir