










Hüquqinfo.az bildirir ki,
Bu cür tədbirlərin keçirilməsi Azərbaycanın investisiya imkanlarının beynəlxalq investorlar qarşısında təqdim olunması baxımından əhəmiyyətlidir.
Bunu iş adamı Emin Ağalarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Hüquqinfo.az-ya açıqlamasında deyib.
O bildirib ki, tədbirin Prezident İlham Əliyev tərəfindən açılması və ölkədəki investisiya imkanlarının dövlət başçısı tərəfindən təqdim edilməsi forumun əhəmiyyətini daha da artırır.
“Enerji sektorundan – neft və qazdan əlavə, düşünürəm ki, inkişaf da prioritet istiqamətlərdən biridir. Prezidentin özü belə tədbirlərin açılışında iştirak edərək ölkəyə investisiya imkanlarından danışanda, bu, tədbirin əhəmiyyətini vurğulayır”, – Emin Ağalarov qeyd edib.
Emin Ağalarov forumda "Sea Breeze Azerbaijan" layihəsini beynəlxalq investisiya fondlarına təqdim etmək məqsədilə iştirak etdiyini bildirib.







