Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Bakıda yağış nə vaxta kimi davam edəcək?--:--
News
Netanyahu: Seçkiqabağı “düşmənlər”in İsrailə hücum etmə...--:--
News
Rusiya Dud barəsində daha bir həbs qərarı çıxardı--:--
News
“Açığı gəzə bilmirəm...”--:--
News
Rusiya Ali Məhkəməsinin sədrinə "Azərbaycan Prokurorluğ...--:--
News
Bakıda yağış nə vaxta kimi davam edəcək?--:--
News
Netanyahu: Seçkiqabağı “düşmənlər”in İsrailə hücum etmə...--:--
News
Rusiya Dud barəsində daha bir həbs qərarı çıxardı--:--
News
“Açığı gəzə bilmirəm...”--:--
News
Rusiya Ali Məhkəməsinin sədrinə "Azərbaycan Prokurorluğ...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Kamran Əliyev Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Bugün, 17:22
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Sentyabrın 29-da Moskva şəhərində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Rusiya Federasiyası Ali Məhkəməsinin sədri İqor Krasnov arasında görüş keçirilib.

Baş Prokurorluqdan Hüquqinfo.az-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafında dövlət başçıları arasında formalaşmış dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin mühüm rolu qeyd olunub. Ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyəti prinsipləri əsasında inkişaf etdiyi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəminin mövcud olduğu vurğulanıb.

Baş prokuror iki ölkənin prokurorluq orqanları arasında uzun illər ərzində formalaşmış əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək, qarşılıqlı hüquqi yardım, cinayətkarlığa qarşı mübarizə, təcrübə və məlumat mübadiləsi istiqamətlərində səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Görüş zamanı Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin gələcək inkişaf perspektivləri, institusional əməkdaşlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin hüquq təhsili və kadrların peşə hazırlığı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Bu xüsusda əlaqələrin genişləndirilməsi, birgə elmi-praktiki tədbirlərin, təlimlərin və təcrübə mübadiləsinin təşviqi ilə bağlı perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

İqor Krasnov azərbaycanlı həmkarları ilə konstruktiv münasibətlərin, möhkəm, etimada əsaslanan və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirərək, keçirilən görüşün iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüş çərçivəsində Baş prokuror Kamran Əliyev tərəfindən İqor Krasnova “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

“Açığı gəzə bilmirəm...”

News thumbnail
siyaset

Nazir Hande Harmancı ilə görüşdü

News thumbnail
siyaset

Dövlət və özəl sektor əməkdaşlığında sahibkarların rolu müzakirə olundu

News thumbnail

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

“Məktəbdə fənn müəllimləri çatışmır, dərslər boş keçir”

Bugün, 17:16
News thumbnail
Bugün
dunya

Rusiyanın strateji bombardmançısı qəzaya uğrayıb, 6 hərbçi ölüb - YENİLƏNİB

Bugün, 17:15
News thumbnail
Bugün
idman

"Barselona"nın futbolçusu Rafinya Braziliya millisinin heyətində zədələnib

Bugün, 17:14
News thumbnail
Bugün
cemiyyet

"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib

Bugün, 17:10

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Məcburi köçkünlərin elektron bazasındakı məlumatlar yenilənəcək

Bugün, 17:02
News thumbnail
Bugün
siyaset

Gələn il AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək

Bugün, 16:53
News thumbnail
Bugün
siyaset

Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib

Bugün, 16:52
News thumbnail
Bugün
idman

Mahir Məmmədov: "Olimpiadanın nəticələrini təhlil edərək hazırlıq proqramını gücləndirəcəyik"

Bugün, 16:50
News thumbnail
Bugün
dunya

Rusiya Dumasında “Kiyev kotleti”nin adını dəyişdilər - Foto

Bugün, 16:50
News thumbnail
Bugün
dunya

Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb

Bugün, 16:45
siyaset

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub

News thumbnail
siyaset

Məcburi köçkünlərin elektron bazasındakı məlumatlar yenilənəcək