Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“PAŞA Bank” Naxçıvanda günəş enerjisi layihəsinə 8,5 ml...--:--
News
Moskva Kyuşu adasında Typhon raket sistemlərinin yerləş...--:--
News
Saxlanıldığı deyilirdi, xaricdə imiş--:--
News
Şamaxıda üzümçülük və şərabşılıqla bağlı konfrans keçir...--:--
News
İyirminin mistikası...--:--
News
“PAŞA Bank” Naxçıvanda günəş enerjisi layihəsinə 8,5 ml...--:--
News
Moskva Kyuşu adasında Typhon raket sistemlərinin yerləş...--:--
News
Saxlanıldığı deyilirdi, xaricdə imiş--:--
News
Şamaxıda üzümçülük və şərabşılıqla bağlı konfrans keçir...--:--
News
İyirminin mistikası...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

KOBİA: Sahibkarlara 20 mindən çox lisenziya verilib

Bugün, 10:10
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Bu ilin sentyabrın 1-nə İqtisadiyyat Nazirliyi tərəfindən KOB evlərində sahibkarlara müxtəlif sahələr üzrə 20 397 lisenziya verilib.

Bu barədə Hüquqinfo.az"a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərən KOB evləri vasitəsilə bugünədək sahibkarlara 379 lisenziya verilib. Təqdim edilmiş lisenziyalar əsasən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, özəl tibb fəaliyyəti, əczaçılıq, baytarlıq preparatlarının satışı, sürətli poçt xidməti, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin idxalı və digər fəaliyyət növlərini əhatə edib.

Xatırladaq ki, sahibkarlar hazırda 23 fəaliyyət növü üzrə lisenziya (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) almaq üçün KOB evlərinə də müraciət edə bilərlər. KOB evlərində sahibkarlar lisenziyaların alınması üzrə informasiya dəstəyi ala, müraciət edə, tələb olunan sənədləri təqdim edə və hazır sənədi götürə bilərlər. Lisenziyalaşdırma ilə bağlı bütün prosesin vahid məkanda - KOB evlərində həyata keçirilməsi sahibkarların vaxtına və əməliyyat xərclərinə qənaət etməsinə imkan verir.

Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq KOB evləri və ASAN xidmət mərkəzləri ilə yanaşı, "Lisenziyalar və icazələr" portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Lisenziyalarla bağlı www.smb.gov.az saytının "KOB evləri" bölməsindən, eləcə də "Lisenziyalar və icazələr" portalından (https://lisenziya.gov.az/) ətraflı məlumat almaq mümkündür.

Qeyd edək ki, lisenziya müəyyən sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsinə hüquqi əsas verən rəsmi sənəddir. Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı "Lisenziyalar və icazələr haqqında" Qanunu ilə müəyyən edilir. Lisenziya almaq üçün tələb olunan sənədlərin siyahısı fəaliyyət növündən asılı olaraq dəyişir. Təqdim edilən sənədlər qanunvericiliyin tələblərinə uyğun olduqda lisenziya 10 iş günündən gec olmayaraq təqdim edilir. Lisenziyanın verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50 % güzəşt tətbiq edilir. Qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa lisenziya müddətsiz verilir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

"Turan Tovuz"un qapıçısı Oleq Baklov Azərbaycan millisinə qarşı mübarizə apara bilər

News thumbnail
siyaset

“Ermənistanın belə təxribatçı fəaliyyəti rasizm elementidir”

News thumbnail
siyaset

Kuşnerdən Putinə Kremldə sərt sözlər - Sensasiya

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

“PAŞA Bank”ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb

Bugün, 15:23
News thumbnail
Bugün
dunya

ABŞ Çexiyanı NATO-nun kollektiv müdafiəsinə töhfəsini artırmağa çağırıb

Bugün, 15:22
News thumbnail
Bugün
siyaset

"Turan Tovuz"un qapıçısı Oleq Baklov Azərbaycan millisinə qarşı mübarizə apara bilər

Bugün, 15:21
News thumbnail
Bugün
dunya

Türkiyə və İsrail ordularınun qəribə müqayisəsi

Bugün, 15:16

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Bahar Muradova Kǝlbəcǝrdə vətəndaşları qəbul edib

Bugün, 15:15
News thumbnail
Bugün
siyaset

“Ermənistanın belə təxribatçı fəaliyyəti rasizm elementidir”

Bugün, 15:15
News thumbnail
Bugün
iqtisadiyyat

12 000 manat ilkin ödənişlə mənzil almaq mümkündür

Bugün, 15:11
News thumbnail
Bugün
siyaset

Kuşnerdən Putinə Kremldə sərt sözlər - Sensasiya

Bugün, 15:09
News thumbnail
Bugün
cemiyyet

Sumqayıtda yeni mənzillər satışa çıxdı - Qiymətlər və şərtlər

Bugün, 15:06
News thumbnail
Bugün
siyaset

Hacıqabulda "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi olacaq

Bugün, 15:05
News thumbnail
siyaset

Hacıqabulda "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi olacaq

News thumbnail
siyaset

Britaniyalı diplomat Rusiya XİN-ə çağırılıb, Moskva Londonu hədələyib