
Hüquqinfo.az bildirir ki,
İspaniyada dövlət səfərində olan Fransa Prezidenti Emmanuel Makron bildirib ki, 2027-ci il yanvarın 18-də "Choose France" ("Fransanı seçin") sammiti təşkil olunacaq və bu, onun may ayında dövlət başçısı postundakı səlahiyyət müddəti başa çatmazdan əvvəlki sonuncu böyük tədbiri olacaq.
Madriddəki iqtisadi forumda çıxış edən Makron İspaniya şirkətlərini və investorlarını iki ölkə arasında ticarətin inkişafına dəstək olmağa çağırıb.
"Hər il keçirilən "Choose France" aksiyasının məqsədi də məhz budur; növbəti sessiya yanvarın 18-də keçiriləcək", - o bildirib.
"Choose France" təşəbbüsünün sonuncu mərhələsi iyun ayında baş tutub və süni intellekt, eləcə də məlumatların emalı mərkəzləri sayəsində Fransaya 93 milyard avro məbləğində rekord investisiyaların elan edilməsi ilə nəticələnib.










