Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib--:--
News
ƏSF əmanətlərin sığortalanması sistemi ilə bağlı yayıla...--:--
News
Həmin uşağa zorakılıq edən ögey ata saxlanıldı--:--
News
3 yaşlı uşağa zorakılıq etdiyi deyilən ögey atası saxla...--:--
News
Azərbaycan Ələt ərazisində kritik mühüm minerallar habı...--:--
News
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib--:--
News
ƏSF əmanətlərin sığortalanması sistemi ilə bağlı yayıla...--:--
News
Həmin uşağa zorakılıq edən ögey ata saxlanıldı--:--
News
3 yaşlı uşağa zorakılıq etdiyi deyilən ögey atası saxla...--:--
News
Azərbaycan Ələt ərazisində kritik mühüm minerallar habı...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Məcnun Məmmədov: "Azərbaycanda aqrar sahənin inkişafı üçün mühüm addımlar atılıb"

Bugün, 17:58
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Son illərdə Azərbaycanda kənd təsərrüfatının müasirləşdirilməsi, inkişafı istiqamətində mühüm addımlar atılıb.

"Hüquqinfo.az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində keçirilən paneldə bildirib.

Onun sözlərinə görə, "Kənd təsərrüfatının inkişafına dair 2026-2030-cu illər üçün Dövlət proqramı"nın əsas prioritetlərindən biri rəqabət qabiliyyətinin artırılması və intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsidir: "Birinci prioritet məhsuldarlığın və resurs səmərəliliyinin artırılmasıdır. Dəqiq kənd təsərrüfatı, peyk məlumatları, məsafədən zondlama, sensorlar, dronlar, ağıllı suvarma və süni intellekt fermerlərin torpaq, su və bitkiləri idarəetmə üsulunu köklü şəkildə dəyişə bilər. Su ehtiyatlarından da səmərəli istifadə Azərbaycan üçün xüsusilə böyük əhəmiyyət kəsb edir".

Nazir qeyd edib ki, hazırda təxminən 130 min hektar sahədə müasir suvarma sistemləri tətbiq olunur və hədəf 2030-cu ilədək bu göstəricini 300 min hektara çatdırmaqdır: "Bu, həm məhsuldarlığı, həm də iqlimə davamlılığı dəstəkləyəcəkdir. İkinci prioritet güclü rəqəmsal və innovasiya ekosisteminin qurulmasıdır. Nazirliyin kənd təsərrüfatında süni intellekt təşəbbüsü vasitəsilə peyk məlumatlarını, hava və iqlim göstəricilərini, təsərrüfat məlumatlarını, sensorları və digər rəqəmsal texnologiyaları bir araya gətirmək və onları fermerlər üçün praktiki həllərə çevirmək istiqamətində işlər aparılır.Hava və iqlim məlumatlarını təmin edən 180-dən çox stansiya kənd təsərrüfatı informasiya infrastrukturumuzun inkişafına inteqrasiya olunur".

O əlavə edib ki, üçüncü prioritet daha yüksək əlavə dəyərin yaradılmasıdır: "İnvestisiya imkanları yalnız ilkin istehsal çərçivəsində məhdudlaşmamalıdır. Müasir emal, saxlanma, soyuq zəncirlər, logistika, çeşidləmə və qablaşdırma kənd təsərrüfatında yaranan dəyərin daha böyük hissəsinin ölkə daxilində qalmasına imkan verməklə yanaşı, kənd yerlərində yeni biznes və məşğulluq imkanları yarada bilər. Məqsədimiz istehsaldan emala, emaldan logistikaya və logistikadan daxili və beynəlxalq bazarlara qədər rəqabətqabiliyyətli dəyər zəncirlərini inkişaf etdirməkdir".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

News thumbnail
siyaset

3 yaşlı uşağa zorakılıq etdiyi deyilən ögey atası saxlanıldı

News thumbnail
siyaset

Həmin uşağa zorakılıq edən ögey ata saxlanıldı

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı oldu

Bugün, 18:36
News thumbnail
Bugün
siyaset

TDT Katibliyində dövlət bayraqları Qazaxıstanla həmrəylik əlaməti olaraq endirilib

Bugün, 18:35
News thumbnail
Bugün
siyaset

Baş Prokurorluqda şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib

Bugün, 18:35
News thumbnail
Bugün
siyaset

Azərbaycanla Şimali Makedoniya iqtisadi əməkdaşlığı müzakirə edib

Bugün, 18:33

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Kamran Əliyev şəhid olmuş prokurorluq əməkdaşlarının yaxınları ilə görüşdü

Bugün, 18:33
News thumbnail
Bugün
siyaset

Baş Prokurorluqda şəhid ailələri, veteranlar və müharibə iştirakçıları ilə görüş olub

Bugün, 18:33
News thumbnail
Bugün
iqtisadiyyat

AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib

Bugün, 18:32
News thumbnail
Bugün
dunya

FAO: Rəqəmsal innovasiyalar bütün təsərrüfatlar və müəssisələr üçün əlçatan olmalıdır

Bugün, 18:31
News thumbnail
Bugün
siyaset

AIIF 2026-da Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlıq müzakirə olunub

Bugün, 18:31
News thumbnail
Bugün
siyaset

Bu şəxslərə mənzil və avtomobillər verildi - Foto

Bugün, 18:28
News thumbnail
siyaset

TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı oldu

News thumbnail
siyaset

TDT Katibliyində dövlət bayraqları Qazaxıstanla həmrəylik əlaməti olaraq endirilib