
Hüquqinfo.az bildirir ki,
Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək.
Hüquqinfo.az-nın xəbərinə görə, bu barədə məsələ Milli Məclisin İnsan Hüquqları Komitəsinin payız sessiyası üçün İş planına daxil edilib.
Sessiya müddətində “Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi- xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair” ictimai dinləmənin keçirilməsi təmin edilməlidir.









