Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
"Kəpəz"in zədəli futbolçusu Əli Səmədovun durumu açıqla...--:--
News
“İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayını...--:--
News
“Xocəsən” və “Avtovağzal” nə zamana kimi ödənişsiz olac...--:--
News
Tacikistan millisinin futbolçusu Aktan Anazarov: "Azərb...--:--
News
Quterreş BMT Təhlükəsizlik Şurasında islahatların aparı...--:--
News
"Kəpəz"in zədəli futbolçusu Əli Səmədovun durumu açıqla...--:--
News
“İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayını...--:--
News
“Xocəsən” və “Avtovağzal” nə zamana kimi ödənişsiz olac...--:--
News
Tacikistan millisinin futbolçusu Aktan Anazarov: "Azərb...--:--
News
Quterreş BMT Təhlükəsizlik Şurasında islahatların aparı...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı

Bugün, 16:50
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Bakıda bir neçə nəfərə qarşı dələduzluq etmiş 36 yaşlı qadın cinayət məsuliyyətinə cəlb olunub.

“Hüquqinfo.az”nun əldə etdiyi məlumata görə, özünü Prezident Administrasiyasının məsul əməkdaşı kimi təqdim etmiş Nərmin Məhərrəmovaya (soyad şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Bildirilib ki, N.Məhərrəmova işə düzəltmə, diplom alma, pul nağdlaşdırma, qızıl biznesi, lombarddan qızıl çıxarmaq kimi vədlərlə 6 nəfərdən 200 min manata yaxın pul alıb. Şikayətçilərdən bəzilərinin sözlərinə görə, Nərmin özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim edib və yüksəkvəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək inam yaradıb.

Sonradan isə onun Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yerləşən, köhnə “Lider TV” kimi tanınan binada fəaliyyət göstərən Azərbaycan Həmrəylik Partiyasında işləməsi məlum olub. Dələduzluqla üzləşmiş şəxslərdən bir neçəsi oraya gedərək pullarını tələb ediblər. Onlar pullarını geri ala bilmədiklərini görərək polisə müraciət ediblər və Nərmin barəsində Cinayət Məcəlləsinin 178.32-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb.

Məhkəmədə partiyanın sədri Əlisahib Hüseynov ifadə verərək Nərmini və atasını tanıdığını, lakin onun həmin təşkilatda işləmədiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nərminə 6 il həbs cəzası verilib. Onun zərərçəkmişlərdən birinə vurduğu 143 min manatlıq mülki iddia da təmin edilib. Vəsaitin Nərmin Məhərrəmovadan tutularaq zərərçəkmişə ödənilməsinə qərar verilib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Azərbaycan Almaniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

News thumbnail
siyaset

Quterreş BMT tribunasında vida çıxışı edib: Heç bir dövlətin tam mənada “super gücə” malik olmadığı aydın görünür

News thumbnail
siyaset

Kərim Vəliyev türkiyəli generalla görüşdü

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Bugün, 17:27
News thumbnail
Bugün
cemiyyet

16 avtobus marşrutu “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndiriləcək

Bugün, 17:26
News thumbnail
Bugün
dunya

Azərbaycan İrana uçuşları dayandırıb?

Bugün, 17:24
News thumbnail
Bugün
cemiyyet

“Xocəsən” və “Avtovağzal”da ödənişsiz giriş ən azı bir ay davam edə bilər

Bugün, 17:23

Həftənin Xəbərləri

News thumbnail
Bugün
idman

Tacikistan millisinin baş məşqçisi İqor Angelovski: "Azərbaycanla yoldaşlıq görüşü maraqlı olacaq"

Bugün, 17:23
News thumbnail
Bugün
siyaset

Kərim Vəliyev türkiyəli generalla görüşdü

Bugün, 17:20
News thumbnail
Bugün
siyaset

Azərbaycan və Malayziya büdcə proseslərinin rəqəmsallaşdırılmasını müzakirə edib

Bugün, 17:18
News thumbnail
Bugün
dunya

İran rəsmiləri Hörmüz boğazının açılmasına dair xəbərləri əsassız adlandırır - YENİLƏNİB

Bugün, 17:17
News thumbnail
Bugün
huquq

Gözətçi ehtiyatsızlıqdan özünü güllələdi

Bugün, 17:15
News thumbnail
Bugün
siyaset

Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

Bugün, 17:12
News thumbnail
siyaset

Azərbaycan və Malayziya büdcə proseslərinin rəqəmsallaşdırılmasını müzakirə edib

News thumbnail
siyaset

Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb