
Hüquqinfo.az bildirir ki,
Tacikistan seçməsi sabah Azərbaycanla baş tutacaq yoldaşlıq matçına ciddi hazırlaşıb.
"Hüquqinfo.az" xəbər verir ki, bunu Tacikistan millisinin futbolçusu Aktan Anazarov Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
"Bizi Azərbaycanda çox gözəl qarşıladılar. Oyuna ciddi hazırlaşmışıq. İnanıram ki, sabah baxımlı qarşılaşma olacaq. Azərbaycan kimi komandalara qarşı oynamaq hər zaman maraqlıdır".
Qeyd edək ki, Azərbaycan - Tacikistan matçı sentyabrın 23-də saat 20:00-da 8-ci km qəsəbə stadionunda start götürəcək.










