Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Kiyev və Paris HHM sistemlərinin Ukraynada istehsal edi...--:--
News
Bakıdada tozlu hava müşahidə olunur--:--
News
Havada tozun miqdarı normadan artıqdır--:--
News
Bu il Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya edil...--:--
News
Azərbaycan dövlətçilik tarixində Atabəylər mərhələsi: S...--:--
News
Kiyev və Paris HHM sistemlərinin Ukraynada istehsal edi...--:--
News
Bakıdada tozlu hava müşahidə olunur--:--
News
Havada tozun miqdarı normadan artıqdır--:--
News
Bu il Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya edil...--:--
News
Azərbaycan dövlətçilik tarixində Atabəylər mərhələsi: S...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

huquq

“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı

Bugün, 10:00
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb.

“Hüquqinfo.az”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağı həddən də az cəza verilib.

İş üzrə milyonçu qardaşlar kimi tanınan Bahadır Qasımov və İkram Qasımov, onların əmisi oğlu Fərhad Quliyev, habelə Cavid Əzizov, Vəli Əliyev, Anar Əhmədov mühakimə olunub.

Onlara cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması, külli miqdarda gəlir götürməklə qanunsuz sahibkarlıq, habelə valyuta tənzimi qaydalarının pozulması maddələri ilə ittiham irəli sürülüb.

Səbinə Əliyevanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda verilmiş ittihamların kifayət qədər dəlil və sübutla təsdiqləndiyi qənaətinə gəlib. Lakin təqsirləndirilən şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sankisya həddinin ən aşağı həddindən də az cəza təyin etmə) maddəsi tətbiq olunub.

Hökmə əsasən, ötən həftə ev dustaqlığına buraxılan Bahadır Qasımov azadlıqda qalıb. Onun həbsdə keçirdiyi 2 il 11 ay cəzası yetərli sayılıb. Qardaşı İkram Qasımova və əmisi oğlu Fərhad Quliyevə 4 il 6 ay, Cavid Əzizov və Anar Əhmədova 4 il, Vəli Əliyevə isə 3 il həbs cəzası verilib.

Digər güzəşt isə əksəriyyəti İkram Qasımovun özünə, ailə üzlərinə və digər qohumlarına məxsus 200-300 milyon manat dəyərində qiymətləndirilən əmlakla bağlı olub.

100-ə yaxın “Range Rover”, “Bentley”, “Mercedes”, BMW, “Mitsubishi” və digər markalı minik və yük avtomobilləri, Bakıda və bölgələrdə yerləşən villalar, çoxsaylı mənzillər, qeyri-yaşayış sahələri, qayıqlar və digər əmlak üzərindəki həbs qərarı ləğv edilib. Məlumat üçün bildirək ki, təxmini hesablama ilə sadalanan əmlakların ümumi bazar dəyərinin 500 milyon manata yaxın olduğu bildirilirdi.

Yalnız İkram Qasımovun Yasamaldakı ofisindən və yaşadığı evdən götürülmüş 3 milyon manatdan artıq nağd pul, 1 milyon manat dəyərində qızıl-zinət əşyaları, Xızı rayonundakı bağ evi və bir neçə nəqliyyat vasitəsi müsadirə olunub. Müsadirə edilən əmlakın ümumi dəyəri 5-6 milyon manat təşkil edir.

Qeyd edək ki, Bahadır və İkram Qasımovlar xarici ölkələrdən Azərbaycana və əksinə qanunsuz pul köçürmələri həyata keçirməkdə ittiham olunublar. Yasamal rayonunda “Bahadırın bankı” kimi tanınan şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Bu məbləğdən 2 milyon 500 min manatı xidmət haqqı kimi onlara qalıb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
huquq

ƏMTQ sənədinə dair yeni öhdəlik müəyyənləşir

News thumbnail
huquq

Qanunsuz saxlanılan xeyli silah-sursat aşkarlanıb

News thumbnail
huquq

Pavloqradın azərbaycanlı polis rəisinin iş otağı dronla vurulub

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Ətraf mühitə təsiri qiymətləndiriləcək heyvandarlıq müəssisələrinin əhatə dairəsi müəyyənləşdirilir

Bugün, 11:00
News thumbnail
Bugün
dunya

Rusiya Dneprə zərbələr endirdi: ölənlər var

Bugün, 10:57
News thumbnail
Bugün
iqtisadiyyat

ADEX 2026 sərgisi rekord sayda şirkətin iştirakı ilə keçiriləcək

Bugün, 10:56
News thumbnail
Bugün
cemiyyet

FHN: Bakı Konqres Mərkəzində yanğın hadisəsi qeydə alınmayıb

Bugün, 10:56

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Sabahdan Fomula 1-ə görə 5 məktəbdə tədris onlayn təşkil ediləcək

Bugün, 10:55
News thumbnail
Bugün
iqtisadiyyat

Yarım milyard manatlıq kibercinayətkarlıqla əlaqədar mütəşəkkil dəstə üzvlərinə hökm oxunub

Bugün, 10:55
News thumbnail
Bugün
idman

Niko Hülkenberq: "Azərbaycan Qran-prisini səhvsiz keçirmək vacibdir"

Bugün, 10:55
News thumbnail
Bugün
siyaset

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Bugün, 10:52
News thumbnail
Bugün
cemiyyet

"Formula 1"ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Bugün, 10:50
News thumbnail
Bugün
iqtisadiyyat

“Formula-1”lə əlaqədar Azneft-dən Dəniz Vağzalına qədər olan hissədə hərəkət məhdudlaşdırılır

Bugün, 10:49
News thumbnail
huquq

Yaponiyada "Dujuan" qasırğası səbəbindən üç nəfər ölüb

News thumbnail
huquq

Qaxda kafedə mübahisə bıçaqlanma ilə nəticələnib