Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Oktyabrda hava necə olacaq?--:--
News
Lənkəranda hissedilən zəlzələ olub--:--
News
UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi ...--:--
News
“Sabah”dan azarkeşləri sevindirən açıqlama--:--
News
CAREC proqramına investisiyaların məbləği 60 milyard do...--:--
News
Oktyabrda hava necə olacaq?--:--
News
Lənkəranda hissedilən zəlzələ olub--:--
News
UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi ...--:--
News
“Sabah”dan azarkeşləri sevindirən açıqlama--:--
News
CAREC proqramına investisiyaların məbləği 60 milyard do...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Prezidentin geri qaytardığı qanunlar

Bugün, 15:48
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Məlum olduğu kimi, ötən günlərdə Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi qanunu imzalamadan parlamentə geri qaytarıb.

Dövlət başçısının tapşırığı ilə geri qaytarılan sənəd “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunları əhatə edib.

“Hüquqinfo.az” sözügedən məsələnin aktuallığını nəzərə alaraq indiyə qədər Prezident tərəfindən Milli Məclisə geri qaytarılan qanun layihələrini araşdırıb.

2015-ci ildə Prezident İlham Əliyev “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanunu Milli Məclisə geri qaytarıb. Məlum qanunla bağlı qərarın səbəbi belə izah olunmuşdu: “Qanunun 4-cü maddəsində səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yerinə yetirilən respublika informasiya-məsləhət xidməti mərkəzinin təşkil edilməsi, həmin mərkəzin tərkib hissəsi kimi fəaliyyət göstərən yerli qurumların yaradılması, habelə mərkəzin funksiyaları və öhdəlikləri müəyyən edilir.

Bundan başqa qanunun 5-ci və 15-ci maddələrinə əsasən kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyekti hesab edilən müvafiq icra hakimiyyəti orqanının bu sahədə xidmət göstərmək hüququ əldə etmək üçün akkreditasiya olunması tələb olunur.

Beləliklə qanunun bu müddəaları Konstitusiyanın 93-cü maddəsinin IV hissəsi və 109-cü maddəsinin 7-ci bəndi ilə ziddiyyət təşkil edir. Bununla Konstitusiyanın 7-ci maddəsində nəzərdə tutulmuş hakimiyyətlərin bölünməsi prinsipini pozaraq Azərbaycan Prezidentinin icra hakimiyyəti orqanlarına münasibətdə səlahiyyətlərini məhdudlaşdırır.

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 64.9-cu maddəsinə uyğun olaraq qanunda normaların həddindən artıq detallaşdırılması Konstitusiya ilə müəyyən edilmiş icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır.

Qeyd olunanlarla yanaşı qanunda “Normativ hüquqi aktlar haqqında” qanunun 25.2-ci və 64.4-cü maddələrinin tələblərinə riayət olunmadan həddindən artıq ümumiləşdirilmiş və qeyri-müəyyən ifadələrə, eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin çoxluğuna yol verilib.

Konstitusiyanın 110-cu maddəsinin I hissəsini və 149-cu maddəsinin III hissəsini rəhbər tutaraq “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun imzalanmadan geri qaytarılır”.

Dövlət başçısı tərəfindən geri qaytarılan qanunlardan biri də 2016-cı ildə “Valyuta tənzimi haqqında” Qanuna təklif olunan dəyişikliklərlə bağlı qanun layihəsi olub.

Sahibkarların çoxsaylı müraciətləri nəzərə alınaraq 2016-cı ildə parlamentdə qəbul edilən “Valyuta tənzimi haqqında” Qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

Qanun layihəsinə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılıb və həmin qanunun məqsədəuyğun olmaması barədə Prezidentin təklifi qəbul edilib. Daha sonra isə qanun layihəsinə müəyyən dəyişikliklər olunduqdan sonra Prezidentin imzası ilə təsdiq edilib.

Prezident, həmçinin 2017-ci ildə Milli Məclisin “Dövlət qulluğu haqqında” qanuna etdiyi dəyişiklik haqda sənədi də geri qaytarıb. Buna səbəb “Dövlət qulluğu haqqında” qanunun 8.1.1-ci maddəsinə (Dövlət orqanlarının təsnifatı) Məhkəmə-Hüquq Şurası Aparatının daxil edilməsi olub.

Bu siyahıya əsas səlahiyyətləri Azərbaycan Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları) daxildir.

Geri qaytarılan daha bir qanun layihəsi 2018-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” olub. Lakin bu dəfə qanunu Prezident yox, Milli Məclis müvafiq şöbəyə yenidən göndərib.

Belə ki, qanun layihəsinin müzakirəsi zamanı fikir ayrılığı yaranıb, bəzi məsələlərin yeni qanun layihəsində əks olunmadığı qeyd olunub. Bildirilib ki, qanun layihəsinin müzakirəsi əlil cəmiyyətləri ilə də aparılmalıdır, sonra plenar iclasa tövsiyə olunmalıdır. Qanun layihəsinə yenidən baxılması üçün sənəd Milli Məclisin Sosial qanunvericilik şöbəsinə göndərilib.

Qeyd edək ki, Konstitusiyaya əsasən, qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Prezidentinə imzalanmaq üçün təqdim edilir. Prezident qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun Azərbaycan Prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Milli Məclisə qaytara bilər.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

“Metsamor”un istismar müddətinin uzadılmasını müzakirə etdilər

News thumbnail
siyaset

İranın Gürcüstandakı səfiri diplomatik qalmaqal yaradıb

News thumbnail
siyaset

Prezidentlə görüşdən paylaşım etdi

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Prezidentlə görüşdən paylaşım etdi

Bugün, 15:50
News thumbnail
Bugün
idman

Fərhad Əliyev: "Azərbaycanda idman balıqçılığı üzrə milli komanda formalaşdırılacaq"

Bugün, 15:48
News thumbnail
Bugün
dunya

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

Bugün, 15:47
News thumbnail
Bugün
son xeberler

Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir

Bugün, 15:47

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Xətainin heykəli ilə bağlı rəsmi açıqlama

Bugün, 15:47
News thumbnail
Bugün
cemiyyet

“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırıb

Bugün, 15:45
News thumbnail
Bugün
siyaset

ADSEA sədri Samuxda vətəndaşlarla görüşdü

Bugün, 15:45
News thumbnail
Bugün
idman

"Aston Martin" 45 yaşlı Fernando Alonso ilə müqavilənin müddətini uzadıb

Bugün, 15:43
News thumbnail
Bugün
cemiyyet

Oktyabr ayının hava proqnozu açıqlanıb

Bugün, 15:40
News thumbnail
Bugün
cemiyyet

Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü

Bugün, 15:40
News thumbnail
siyaset

Xətainin heykəli ilə bağlı rəsmi açıqlama

News thumbnail
siyaset

ADSEA sədri Samuxda vətəndaşlarla görüşdü