










Hüquqinfo.az bildirir ki,
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşımda qeyd edib.
"İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Fondu və "BlackRock" tərəfindən təşkil olunan "Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu: Süni intellekt və rəqəmsal infrastruktur" panel müzakirəsində həmkarlarımla birlikdə iştirak etdik. Azərbaycanın enerji potensialı, geniş fiber-optik şəbəkəsi və strateji coğrafi mövqeyinin süni intellekt və rəqəmsal infrastrukturun inkişafı üçün yaratdığı imkanlardan danışdıq. Rəqəmsal hökumət, süni intellekt, milli məlumat infrastrukturu və kibertəhlükəsizlik sahəsində görülən işləri qeyd edərək Azərbaycanın regional rəqəmsal sənaye mərkəzinə çevrilməsi hədəfini vurğuladıq", - o vurğulayıb.









