
Hüquqinfo.az bildirir ki,
Qazaxıstanda Manqistau vilayətində xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərlə əlaqədar sentyabrın 25-i ümummilli matəm günü elan edilib.
Bildirilib ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, bu gün Xəzər dənizində təlimlər zamanı Qazaxıstanın 19 hərbçisi dənizə düşüb, onlardan 9-u həlak olub.









