Hüquqinfo.az bildirir ki,
"Azərbaycanın Dövlət Suverenliyi Gününün qeyd oldunduğu dövrdə, müqəddəs Məryəm Ananın Mövludu günündə Gəncəsar Monastır Kompleksini ziyarət etmək bizim üçün çox xoşdur”.
Hüquqinfo.az xəbər verir ki, bunu Alban-Udin Xristian İcmasının sədri Robert Mobili Gəncəsər Monastır Kompleksində jurnalistlərə açıqlamasında deyib. O, işğaldan azad olunmuş ərazilərdə indiyədək bir çox kilsələrdə olduqlarını, dualar oxuduqlarını deyib: “Ümumiyyətlə, Gəncəsar Monastır Kompleksi Qafqaz Albaniyasının mövcud olan Alban kilsələrinin bir mirvarisidir. Bu, çox zəngin irsdir. Bu kilsələrin erməni kilsəsi ilə heç bir əlaqəsi yoxdur, Alban kilsəsidir. Azərbaycan ərazisində yerləşən bütün tarixi məbədlərin, o cümlədən Alban kilsələrinin varisi Azərbaycandır, bu, birmənalıdır.
Bu gün Azərbaycanda olan tolerant mühit bizə güc verir. Biz belə bir mühitdə kilsələri ziyarət edirik. Bu, bizim doğma irsimizdir”, deyə Robert Mobili vurğulayıb.









