
Hüquqinfo.az bildirir ki,
"Hüquqinfo.az"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın mədən sənayesi və energetika naziri Dubravka Cedoviç Handanoviç Serbiya Neft Şirkətləri Assosiasiyasının (UNKS) və Serbiyanın Neft Sənayesinin (NIS) nümayəndələri ilə görüşdən sonra bildirib.
Onun sözlərinə görə, ölkədə kifayət qədər yanacaq ehtiyatı mövcuddur və dövlət zəruri tədbirləri görməyə hazırdır:
"Sentyabr ayında dizel yanacağına tələbatın təxminən 200 min ton olacağı gözlənilir. Bu tələbatın böyük hissəsi NIS-nin istehsalı, daha kiçik hissəsi isə idxal hesabına ödənilə bilər".
Handanoviç bildirib ki, oktyabr ayında dizel yanacağına tələbatın təxminən 205 min tona çatacağı gözlənilir.
Nazir qeyd edib ki, NIS hazırda neft emalında rekord göstəricilər nümayiş etdirsə də, oktyabr ayında daxili bazarın bütün tələbatını tam şəkildə qarşılaya bilməyəcək.
"Eyni zamanda, ehtiyatları yüksək səviyyədə saxlamalıyıq, çünki NIS-yə qarşı sanksiyalarla bağlı hələ də qeyri-müəyyənlik mövcuddur. Şirkətin fəaliyyəti üçün verilmiş lisenziyanın müddəti sentyabrın 30-da başa çatır", – o bildirib.
Nazir vurğulayıb ki, dünya neft və neft məhsulları bazarında vəziyyət hələ də qeyri-sabit olaraq qalır. O, əsas problemlərdən birinin xam neftin yüksək qiyməti olduğunu deyib.
O qeyd edib ki, Dunay çayında suyun səviyyəsinin aşağı olması, logistika xərclərinin və neft məhsullarının qiymətlərinin yüksək olması səbəbindən sentyabr ayında yanacaq idxalı faktiki olaraq dayanıb.
"Bazarın tələbatını ödəmək üçün NIS xam neftin idxalı və emalı, eləcə də neft məhsullarının topdansatışı üzrə rekord göstəricilər nümayiş etdirir. Lakin istehlak da rekord səviyyədədir", – nazir vurğulayıb.
Onun sözlərinə görə, NIS yalnız öz neft emalı hesabına daxili bazarın bütün tələbatını təmin edə bilməz. Bu səbəbdən həm təchizatın sabitliyinin qorunması, həm də ehtiyatların yüksək səviyyədə saxlanılması prioritetdir.
Görüşdə benzinlə təchizat məsələsində hər hansı problemin olmadığı və bazar tələbatının böyük hissəsinin yerli neft emalı zavodunun istehsalı hesabına qarşılanmasının mümkün olduğu bildirilib.










