










Hüquqinfo.az bildirir ki,
"Hüquqinfo.az" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, ölkənin əsas layihələrindən biri məhz Azərbaycan tərəfindən əsası qoyulmuş və idarə olunan "Portonovi" layihəsidir: "Həmçinin, biz çoxtərəfli səviyyədə də beynəlxalq nüfuzumuzu əhəmiyyətli dərəcədə artırmışıq. Hazırda BMT-nin Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının sədri, Avropa Səyahət Komissiyasının vitse-prezidenti və digər vəzifələri tuturuq. Bundan əlavə, Monteneqro Avropa İttifaqının yeni üzvü olmaq yolundadır. Bütün bunlar biznes üçün son dərəcə mühüm olan sabitlik amillərini təmin edir".
Nazir əlavə edib ki, bu məsələdə proqnozlaşdırılabilənlik də vacibdir: "Bunun üzərində çox ciddi işləyirik. Prosedurların nədən ibarət olduğunu, nə gözlədiyinizi və hansı çətinliklərin aradan qaldırılmalı olduğunu tam şəffaf şəkildə təqdim etmək mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, davamlı olaraq böyümədikcə dayanılıq biznesə sahib ola bilməzsiniz. Monteneqro iqtisadiyyatı və xüsusən də onun ən böyük sənayesi olan turizm həm investisiya portfeli, həm də gəlirlər baxımından davamlı və sabit artım nümayiş etdirib".








