Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısın...--:--
News
30 trilyon dollarlıq qlobal kapitalın Bakı ünvanı: Azər...--:--
News
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün ma...--:--
News
UEFA Millətlər Liqasında bu gün İngiltərə İspaniya yığm...--:--
News
İlham Əliyev: "Azərbaycanın bütün qonşuları ilə münasib...--:--
News
“İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısın...--:--
News
30 trilyon dollarlıq qlobal kapitalın Bakı ünvanı: Azər...--:--
News
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün ma...--:--
News
UEFA Millətlər Liqasında bu gün İngiltərə İspaniya yığm...--:--
News
İlham Əliyev: "Azərbaycanın bütün qonşuları ilə münasib...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Sülh sazişinin imzalanması qarşısında qalan maneələrin...

Bugün, 09:17
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib.

Axar.az xəbər verir ki, nazir çıxışında beynəlxalq hüquqa, dövlətlərin suveren bərabərliyinə və daxili işlərə qarışmamaq prinsipinə ciddi riayətə əsaslanan çoxtərəfli sistemin yenilənməsinin və gücləndirilməsinin vacibliyini vurğulayıb.

Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının, inkişaf etməkdə olan ölkələrin daha ədalətli təmsilçiliyinin təmin edilməsinin zəruriliyini qeyd edib.

Azərbaycan-Ermənistan münasibətlərinə toxunan nazir Vaşinqton Sülh Sammitindən sonra iki ölkə arasında de-fakto sülhün əldə olunduğunu bildirib. O, sülh gündəliyinin iqtisadi dividendlər yaratdığını, o cümlədən Azərbaycanın tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdığını və müəyyən sahələrdə ikitərəfli ticarətin başladığını qeyd edib.

Nazir sülh sazişinin imzalanması qarşısında qalan maneələrin aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb.

Postmünaqişə dövründə həyata keçirilən bərpa və yenidənqurma işlərindən danışan Ceyhun Bayramov bildirib ki, 90 mindən çox vətəndaş Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə geri qayıdıb.

Çıxışda mina təhlükəsinə də xüsusi diqqət ayrılıb. Bildirilib ki, 2020-ci ildən etibarən minalar nəticəsində 400-dən çox insan həlak olub və ya xəsarət alıb, son 30 ildə isə bu rəqəm 3 500-ə çatıb. Azərbaycan humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edib.

Ceyhun Bayramov, həmçinin itkin düşmüş 4 minə yaxın şəxsin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq dəstəyə çağırış edib. Onun sözlərinə görə, bu məsələnin həlli postmünaqişə barışığı və hesabatlılığın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın regional nəqliyyat və logistika imkanlarına toxunan nazir Orta Dəhliz üzrə yükdaşımaların Bakı Limanı və Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə 90 faiz artdığını bildirib.

Ceyhun Bayramov Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal bağlantının yaradılması baxımından TRİPP təşəbbüsünün irəlilədilməsinin vacibliyini də qeyd edib.

Nazir Trans-Xəzər Rəqəmsal İpək Yolu fiber-optik şəbəkəsi vasitəsilə Azərbaycanın regional rəqəmsal bağlantının genişləndirilməsi istiqamətində həyata keçirdiyi işlərdən də danışıb.

İqtisadi inkişafla bağlı göstəriciləri diqqətə çatdıran Ceyhun Bayramov Azərbaycanın ÜDM-inin üç dəfə artdığını, yoxsulluq səviyyəsinin isə 49 faizdən 5 faizə endiyini bildirib.

Azərbaycanın enerji siyasətinə toxunan nazir ölkənin 16 ölkəyə etibarlı təbii qaz təchizatçısı olduğunu vurğulayıb. O, həmçinin 2030-cu ilədək 6 QVt gücündə Günəş və külək enerjisi layihələrinin reallaşdırılması və elektrik enerjisi istehsalında bərpaolunan mənbələrin payının 40 faizə çatdırılmasının planlaşdırıldığını bildirib.

Ceyhun Bayramov Azərbaycanın COP29 çərçivəsində iqlim gündəliyinə töhfələrini də qeyd edib. O bildirib ki, tədbir zamanı qlobal iqlim maliyyəsi hədəflərinin üç dəfə artırılması, Paris Sazişinin 6-cı maddəsi üzrə karbon bazarlarının fəaliyyətə başlaması və İtkilər və Zərərlər Fondunun irəlilədilməsi ilə bağlı mühüm addımlar atılıb. Həmçinin UNFCCC İqlim Həftəsinin keçirilməsi vurğulanıb.

Azərbaycanın qlobal şəhərsalma gündəliyinə töhfəsi çərçivəsində Ümumdünya Şəhər Forumunun 13-cü Sessiyasına ev sahibliyi etməsi də çıxışda diqqətə çatdırılıb.

Nazir Xəzər dənizində su səviyyəsinin azalmasını ciddi ekoloji problem kimi qiymətləndirərək, sahilyanı ölkələrin bu istiqamətdə kollektiv və davamlı tədbirlər görməsinə çağırış edib.

Çıxışda Azərbaycanın ASAN və DOST modelləri vasitəsilə institusional innovasiyalar sahəsində təcrübəsinin digər ölkələrlə paylaşılması da qeyd olunub. Bildirilib ki, bu təcrübə 100-dən çox dövlətin həmmüəllifliyi ilə BMT İnsan Hüquqları Şurasının qətnaməsinin qəbuluna ilham verib.

Ceyhun Bayramov Azərbaycanın 2020-ci ildən etibarən 140-dan çox ölkəyə 400 milyon dollardan artıq humanitar, iqtisadi və texniki yardım göstərdiyini bildirib. Yardımlarda xüsusilə Kiçik Ada Dövlətlərinə və Afrikadakı tərəfdaş ölkələrə üstünlük verildiyi qeyd olunub.

Nazirin BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışının tam mətni Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində dərc olunub.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb

News thumbnail
siyaset

İlham Əliyev: "Azərbaycanın bütün qonşuları ilə münasibətləri aydın və proqnozlaşdırıla biləndir"

News thumbnail
siyaset

XÜSUSİ REPORTAJ | Kiberməkanda İnnovativ İslahat: "Milli Rəqəmsal Qalxan" Layihəsi Milli Təhlükəsizliyin Və Rəqəmsal Suverenliyin Keşiyində

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

“Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir”

Bugün, 10:05
News thumbnail
Bugün
siyaset

“Onun bir sözü də, bir vergülü də dəyişməyib”

Bugün, 10:05
News thumbnail
Bugün
huquq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Bugün, 10:04
News thumbnail
Bugün
siyaset

“Trampla üz-üzə görüşmək mənim üçün çətin olacaq”

Bugün, 10:00

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir

Bugün, 09:59
News thumbnail
Bugün
siyaset

Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır

Bugün, 09:57
News thumbnail
Bugün
siyaset

“Geosiyasi vəziyyət 5 il əvvələ qayıtsa, yenə də cəlbedici olacağıq”

Bugün, 09:55
News thumbnail
Bugün
iqtisadiyyat

“30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”

Bugün, 09:55
News thumbnail
Bugün
siyaset

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

Bugün, 09:54
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycan gömrükçüləri İrandan Rusiyaya şaftalı aparan yük maşınında 52 kq marixuana aşkarlayıb - VİDEO

Bugün, 09:52
News thumbnail
siyaset

Azərbaycan Prezidenti: Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik

News thumbnail
siyaset

“Onun bir sözü də, bir vergülü də dəyişməyib”