Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Bəzi avtobusların yolu dəyişdirildi--:--
News
İstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb--:--
News
Prezidentin xüsusi nümayəndəsi Qarabağ bölgəsinin Rumın...--:--
News
40 min robotdan istifadə edəcəklər--:--
News
Anar Ələkbərov Pəncəli Teymurovun ailəsinin toy məclisi...--:--
News
Bəzi avtobusların yolu dəyişdirildi--:--
News
İstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb--:--
News
Prezidentin xüsusi nümayəndəsi Qarabağ bölgəsinin Rumın...--:--
News
40 min robotdan istifadə edəcəklər--:--
News
Anar Ələkbərov Pəncəli Teymurovun ailəsinin toy məclisi...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Suverenliyin hüquqi anlayışdan real dövlət hakimiyyətinə çevrildiyi tarix - TƏHLİL

Bugün, 12:19
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Sentyabrın 20-də Azərbaycan Dövlət Suverenliyi Gününü qeyd edəcək. Bu tarix ölkənin rəsmi təqviminə cəmi iki il əvvəl daxil olsa da, arxasında üç onillikdən artıq davam edən siyasi, hərbi və hüquqi proses dayanır.

20 Sentyabrın mahiyyətini 2023-cü ilin sentyabrında baş verən hadisələrlə məhdudlaşdırmaq düzgün olmazdı. Əslində, bu tarix daha mürəkkəb bir sualın cavabıdır: dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə həmin sərhədlər daxilində real hakimiyyətinin üst-üstə düşməsi nə zaman tamamlandı?

Azərbaycan beynəlxalq hüququn subyekti və suveren dövlət kimi 1991-ci ildən mövcud idi. Ölkənin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınırdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi sənədlərdə də region dövlətlərinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı təsdiqlənmişdi. Məsələn, 822 saylı qətnamə Kəlbəcər və digər işğal edilmiş ərazilərdən qüvvələrin çıxarılmasını tələb edirdi.

Ancaq suverenlik yalnız beynəlxalq xəritədə sərhədin tanınması deyil. Onun praktik tərəfi dövlətin öz sərhədinə nəzarət etməsi, qanunlarını bütün ərazisində tətbiq edə bilməsi, təhlükəsizlik, idarəetmə və hüquq-mühafizə funksiyalarını həyata keçirməsidir. Azərbaycanın qarşılaşdığı əsas ziddiyyət də uzun illər məhz burada idi: ölkənin əraziləri beynəlxalq hüquqa görə Azərbaycan ərazisi sayılırdı, lakin dövlət həmin ərazilərin bir hissəsində öz hakimiyyətini faktiki həyata keçirə bilmirdi.

Bu baxımdan 2020-ci il müharibəsi ilə 2023-cü ilin sentyabr hadisələrinin siyasi-hüquqi nəticələri eyni olsa da, funksiyaları fərqli idi.

2020-ci ilin 44 günlük müharibəsi əvvəlki status-kvonu əsaslı şəkildə dəyişdi. Azərbaycan Silahlı Qüvvələri bir sıra şəhər, rayon və yaşayış məntəqələrinə nəzarəti bərpa etdi. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı üçtərəfli bəyanatdan sonra Ağdam, Kəlbəcər və Laçın rayonlarının da Azərbaycana qaytarılması nəzərdə tutuldu və bu proses həyata keçirildi.

Beləliklə, uzun illər ərzində əsas siyasi gündəm olan ərazi bütövlüyünün bərpasında həlledici mərhələ başa çatdı. Amma 10 noyabr 2020-ci ildən sonra yaranmış vəziyyət bir mühüm məsələni açıq saxlayırdı.

Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsində Rusiya sülhməramlı kontingenti yerləşirdi, Ermənistanla həmin ərazi arasında Laçın yolu vasitəsilə əlaqə mövcud idi və Azərbaycan dövlətinin bütün ərazidə eyni həcmdə faktiki inzibati nəzarəti hələ təmin olunmamışdı.

23 aprel 2023-cü ildə Ermənistan-Azərbaycan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması xüsusi əhəmiyyət daşıyırdı.

Çünki müasir dövlət anlayışında sərhədə nəzarət suverenliyin ən aydın göstəricilərindən biridir. Dövlət öz ərazisinə kimin, hansı nəqliyyat vasitəsinin və hansı yükün daxil olduğunu müəyyənləşdirə bilmirsə, onun faktiki suverenliyində mühüm boşluq yaranır. Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə Azərbaycan Ermənistanla sərhədinin həmin hissəsində də birbaşa dövlət nəzarəti mexanizmi qurdu. Sonrakı proses göstərdi ki, bu addım 2020-ci ildən sonra formalaşan yeni vəziyyətlə 2023-cü ilin sentyabrında yaranacaq vəziyyət arasında keçid mərhələsi idi.

2023-cü il sentyabrın 19-da Azərbaycan Qarabağ bölgəsində lokal antiterror tədbirlərinə başladı. Əməliyyat bir sutkadan az davam etdi və sentyabrın 20-də başa çatdı. Azərbaycan Prezidentinin 2024-cü ildə imzaladığı Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncamda məhz həmin əməliyyatın nəticəsində ölkənin suverenliyinin tam bərpa edildiyi qeyd olunur.

Burada “tam suverenlik” ifadəsinin siyasi-hüquqi mənası xüsusilə vacibdir. Çünki məsələ təkcə hərbi əməliyyatın nəticəsindən ibarət deyildi. 2023-cü ilin sentyabrından sonra Azərbaycan ərazisində ayrıca silahlı və siyasi idarəçilik strukturlarının mövcudluğuna son verildi və Azərbaycan dövlətinin konstitusiya quruluşunun həmin ərazilərdə tətbiqi üçün faktiki maneələr aradan qaldırıldı.

Başqa sözlə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi ilə dövlət hakimiyyətinin faktiki tətbiq olunduğu coğrafiya üst-üstə düşdü.

20 Sentyabrın digər hərbi-siyasi tarixlərdən fərqi də məhz budur. Həmin gün dövlətin bütün ərazisində vahid hakimiyyət, vahid hüquq sistemi və vahid konstitusiya məkanının formalaşmasının tamamlandığı tarix kimi rəsmiləşdirilib. Prezident İlham Əliyev 20 sentyabr 2024-cü ildə Qarabağ Universitetində çıxışı zamanı da bir il əvvəl dövlət suverenliyinin tam bərpa edildiyini bildirmişdi.

Azərbaycan təqvimində artıq Müstəqillik Günü və Zəfər Günü var. Ona görə ayrıca Dövlət Suverenliyi Gününün təsis edilməsi ilk baxışdan oxşar anlayışların təkrarı kimi görünə bilər. Əslində isə bu tarixlərin siyasi-hüquqi məzmunu fərqlidir.

Ərazi bütövlüyü dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisinin bölünməzliyidir.

Suverenlik isə həmin dövlətin öz ərazisində ali hakimiyyəti həyata keçirmək imkanını ifadə edir.

Azərbaycanın son 35 illik tarixində bu üç anlayışın tam şəkildə eyni anda reallaşması müxtəlif mərhələlərdən keçib.

2020-ci ildə ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticə əldə edildi.

2023-cü ilin 20 sentyabrında isə dövlət hakimiyyətinin ölkənin bütün ərazisində tətbiqi üçün mövcud olan son faktiki maneələr aradan qaldırıldı.

Ancaq burada daha mühüm məqam başlayır. Suverenliyi əldə etmək və ya bərpa etmək bir mərhələdirsə, onu gündəlik dövlət idarəçiliyinə çevirmək başqa mərhələdir.

2023-cü ilin sentyabrından sonra əsas məsələ həmin ərazilərdə dövlət institutlarının fəaliyyətinin qurulması, insanların geri qayıdışı, yaşayış məntəqələrinin bərpası, iqtisadi fəaliyyətin yaradılması, təhsil, səhiyyə, hüquq-mühafizə, məhkəmə və digər dövlət xidmətlərinin bütün ölkə ilə vahid sistemdə işləməsidir.

Çünki suverenliyin ən dayanıqlı göstəricisi təkcə sərhəddə bayrağın və ya hərbi postun mövcudluğu deyil. Suverenlik həm də vətəndaşın ölkənin hansı bölgəsində yaşamasından asılı olmayaraq eyni hüquq sistemi, dövlət xidməti və idarəçilik institutları ilə qarşılaşmasıdır.

Bu baxımdan 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da təsadüfi ardıcıllıq deyildi. Prezidentin bununla bağlı sərəncamında 2020-ci il müharibəsi və 2023-cü ilin sentyabr hadisələrinin nəticəsində Konstitusiyanın hüquqi qüvvəsinin Azərbaycanın bütün ərazilərində bərqərar olduğu vurğulanırdı. 2025-ci il üzrə təsdiqlənmiş Tədbirlər Planında da Dövlət Suverenliyi Gününün və Konstitusiyanın qəbulunun 30 illiyinin qeyd edilməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdi.

Burada Konstitusiya ilə suverenliyin yanaşı çəkilməsi mühüm məna daşıyır: ərazi üzərində nəzarətin son məqsədi həmin ərazidə dövlətin hüquqi sisteminin işləməsidir.

Azərbaycanın uzun illər siyasi gündəmini bir sual müəyyənləşdirirdi: dövlət öz ərazi bütövlüyünü və bütün əraziləri üzərində nəzarətini nə zaman bərpa edəcək?

2023-cü ilin sentyabrından sonra bu sual tarixə çevrildi. İndi isə başqa sual ön plana çıxır: tam suverenlik şəraitində dövlət bu əraziləri və bütövlükdə ölkəni necə inkişaf etdirəcək? Bu dəyişiklik 20 Sentyabrın əsl siyasi çəkisini göstərir.

20 Sentyabrın tarixi mənası da məhz burada tamamlanır: bu tarix Azərbaycanın beynəlxalq hüquqa görə ona məxsus olan ərazilərlə faktiki dövlət hakimiyyətinin sərhədlərinin üst-üstə düşdüyü mərhələni ifadə edir. Bundan sonrakı dövrdə suverenliyin ölçüsü artıq yalnız xəritədə və sərhəddə deyil, həmin ərazilərdə qurulan həyatın, işləyən institutların və davamlı dövlət idarəçiliyinin keyfiyyətində görünəcək.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Prezidentin xüsusi nümayəndəsi Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib

News thumbnail
siyaset

Anar Ələkbərov Pəncəli Teymurovun ailəsinin toy məclisində - Foto

News thumbnail
siyaset

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Bugün, 12:57
News thumbnail
Bugün
son xeberler

Duetləri yayımlandı

Bugün, 12:50
News thumbnail
Bugün
cemiyyet

Suriyada silah anbarında partlayış: ölənlər var

Bugün, 12:45
News thumbnail
Bugün
huquq

Ombudsman erməni əsilli məhbusların hüquqları ilə bağlı iddialara münasibət bildirib

Bugün, 12:44

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Ombudsman: Ruben Vardanyanın saxlanma şəraiti davamlı monitorinq edilib, Araik Harutyunyanın notariat xidməti üzrə müraciəti icra olunub

Bugün, 12:43
News thumbnail
Bugün
siyaset

Ombudsman: Ermən əsilli məhkumların hüquqları təmin edilir, yayılan iddialar həqiqəti əks etdirmir

Bugün, 12:43
News thumbnail
Bugün
idman

İtaliya millisinin sabiq futbolçusu Sandro Matsola vəfat edib

Bugün, 12:33
News thumbnail
Bugün
siyaset

Aİ ABŞ-ı Mahmud Abbasa BMT iclasında iştirak etmək üçün viza verməyə çağırıb

Bugün, 12:31
News thumbnail
Bugün
cemiyyet

Bu, ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi

Bugün, 12:26
News thumbnail
Bugün
iqtisadiyyat

Bazar günü arabir yağış yağacaq

Bugün, 12:24
News thumbnail
siyaset

Ombudsman: Ruben Vardanyanın saxlanma şəraiti davamlı monitorinq edilib, Araik Harutyunyanın notariat xidməti üzrə müraciəti icra olunub

News thumbnail
siyaset

Ombudsman: Ermən əsilli məhkumların hüquqları təmin edilir, yayılan iddialar həqiqəti əks etdirmir