Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“PAŞA Bank” Naxçıvanda günəş enerjisi layihəsinə 8,5 ml...--:--
News
Moskva Kyuşu adasında Typhon raket sistemlərinin yerləş...--:--
News
Saxlanıldığı deyilirdi, xaricdə imiş--:--
News
Şamaxıda üzümçülük və şərabşılıqla bağlı konfrans keçir...--:--
News
İyirminin mistikası...--:--
News
“PAŞA Bank” Naxçıvanda günəş enerjisi layihəsinə 8,5 ml...--:--
News
Moskva Kyuşu adasında Typhon raket sistemlərinin yerləş...--:--
News
Saxlanıldığı deyilirdi, xaricdə imiş--:--
News
Şamaxıda üzümçülük və şərabşılıqla bağlı konfrans keçir...--:--
News
İyirminin mistikası...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Terrorçuluğa qarşı mübarizə tədbirləri davam etdirilir - VİDEO

Bugün, 10:17
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror və əməliyyat-axtarış tədbirləri zamanı AR və xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edilmişdir. Həmin tədbirlər çərçivəsində əvvəllər “Sumqayıt camaatı” adlı terror qruplaşmasının tərkibində cinayət əməllərinin törədilməsinə görə məhkum olunmuş Vüqar Abdullayevin AR vətəndaşları Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə və qeyriləri ilə AR-də ictimai və dini xadimlərin həyatına sui-qəsd etmək məqsədilə cinayət əlaqəsinə girməsi təsbit edilmiş, onların bu məqsədlə keçirdikləri gizli görüşlər, telefon danışıqları qeydə alınaraq müvafiq qaydada sənədləşdirilmişdir. Başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, cinayətkar birliyin üzvləri əvvəlcədən hədəf kimi seçdikləri AR vətəndaşlarının həyatına sui-qəsd etmək məqsədilə onların daimi hərəkət marşrutlarını və şəxsi qorunma vəziyyətlərini araşdıraraq məlumat toplamış, planlaşdırılan cinayət əməllərini törətdikdən sonra xaricdəki münaqişə bölgələrinə qaçmaq barədə sövdələşmişlər. Həmçinin, araşdırmalarla cinayətkar birliyin üzvü Cəlal Hacıyevin birbaşa, eləcə də ölkə xaricində olan AR vətəndaşları Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov, Elgün İsmayılov və qeyriləri vasitəsilə AR hüdudlarından kənarda dini radikalizm zəminində aparılan silahlı münaqişələrdə iştirak edən şəxslərin, o cümlədən beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarının kriptovalyuta sistemləri vasitəsilə maliyyələşdirilməsi işini təşkil etdiyi müəyyən olunmuşdur. Qeyd olunan şəxslər tərəfindən terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin törədilməsi ilə əlaqədar sosial şəbəkələrdə yayımlanmış saxta elanlar vasitəsilə müxtəlif dini ayinlərin icrası adı altında toplanmış pul vəsaitlərinin mənbəyi, habelə pulköçürmə mexanizmlərinə dair çoxsaylı mötəbər dəlillər əldə edilmişdir. Digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə tədbirlər nəticəsində beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində iştirak edən, müxtəlif ölkələrdə məskunlaşmış şəxslərdən ibarət cinayətkar birliyin geniş dairəsi ifşa edilmiş, 5 ölkə ərazisində paralel antiterror tədbirləri nəticəsində qruplaşmanın ümumilikdə 10 üzvü saxlanılmışdır. Xaricdə saxlanılan şəxslərdən Elşən Əsgərov Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. Cinayətkar dəstənin üzvləri Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov AR Cinayət Məcəlləsinin 214-1, 218.1, 28, 277-ci (terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik (təşkilat) yaratma, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

"Turan Tovuz"un qapıçısı Oleq Baklov Azərbaycan millisinə qarşı mübarizə apara bilər

News thumbnail
siyaset

“Ermənistanın belə təxribatçı fəaliyyəti rasizm elementidir”

News thumbnail
siyaset

Kuşnerdən Putinə Kremldə sərt sözlər - Sensasiya

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

“PAŞA Bank”ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb

Bugün, 15:23
News thumbnail
Bugün
dunya

ABŞ Çexiyanı NATO-nun kollektiv müdafiəsinə töhfəsini artırmağa çağırıb

Bugün, 15:22
News thumbnail
Bugün
siyaset

"Turan Tovuz"un qapıçısı Oleq Baklov Azərbaycan millisinə qarşı mübarizə apara bilər

Bugün, 15:21
News thumbnail
Bugün
dunya

Türkiyə və İsrail ordularınun qəribə müqayisəsi

Bugün, 15:16

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Bahar Muradova Kǝlbəcǝrdə vətəndaşları qəbul edib

Bugün, 15:15
News thumbnail
Bugün
siyaset

“Ermənistanın belə təxribatçı fəaliyyəti rasizm elementidir”

Bugün, 15:15
News thumbnail
Bugün
iqtisadiyyat

12 000 manat ilkin ödənişlə mənzil almaq mümkündür

Bugün, 15:11
News thumbnail
Bugün
siyaset

Kuşnerdən Putinə Kremldə sərt sözlər - Sensasiya

Bugün, 15:09
News thumbnail
Bugün
cemiyyet

Sumqayıtda yeni mənzillər satışa çıxdı - Qiymətlər və şərtlər

Bugün, 15:06
News thumbnail
Bugün
siyaset

Hacıqabulda "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi olacaq

Bugün, 15:05
News thumbnail
siyaset

Hacıqabulda "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi olacaq

News thumbnail
siyaset

Britaniyalı diplomat Rusiya XİN-ə çağırılıb, Moskva Londonu hədələyib