
Hüquqinfo.az bildirir ki,
Rusiyanın hakim partiyası - "Vahid Rusiya" Dövlət Dumasında ən çox yer əldə edəcək.
"Hüquqinfo.az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə bu gün brifinq zamanı Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib.
"İlkin olaraq, "Vahid Rusiya"nın Dövlət Dumasında 355, Kommunist Partiyasının 40, Rusiya Liberal-Demokrat Partiyasının 25, "Yeni insanlar"ın 20, "Ədalətli Rusiya"nın isə hələlik 4 yeri olacaq", - deyə o bildirib.
E.Pamfilova, həmçinin qeyd edib ki, Dövlət Dumasına keçirilmiş seçkilərdə seçici fəallığı 59,32 % təşkil edib, 62,6 milyondan çox vətəndaş səs verib.










