










Hüquqinfo.az bildirir ki,
Ukraynanın sabiq müdafiə naziri Mixail Fedorov iyun ayında ölkə prezidenti Volodimir Zelenskiyə seçkilərin keçirilməsini təklif etdiyini, lakin dövlət başçısının keçmiş baş komandan Valeri Zalujnının namizəd olacağı qorxusu ilə bundan imtina etdiyini bildirib.
“Hüquqinfo.az” xəbər verir ki, sabiq nazir bu barədə “Ukrayinska pravda” nəşrinə verdiyi müsahibəsində deyib.
“Hələ iyun ayında mən seçkilərin keçirilməsini təklif etmişdim. Zelenski əvvəlcə razı idi, lakin Zalujnının da seçkilərə qatılacağını bildikdən sonra fikrindən daşındı”, – deyə Fedorov vurğulayıb.
Qeyd edək ki, avqustun 23-də Volodimir Zelenski hazırkı şəraitdə Ukraynada seçkilərin keçirilməsinin ölkənin dağılmasına gətirib çıxara biləcəyini bəyan etmişdi. Avqustun 19-da isə Fedorov ölkədə idarəetmə sistemində dərin böhranın olduğunu bildirərək prezident seçkilərinin keçirilməsinə çağırış etmişdi. Sabiq rəsmi diqqətə çatdırmışdı ki, hakimiyyət özünə deyil, xalqa xidmət etmək üçün mövcuddur və demokratik prosesin bərpası üçün dövlətə təcili seçki kampaniyası lazımdır.
Xatırladaq ki, Zelenskinin prezidentlik səlahiyyətlərinin müddəti 2024-cü il mayın 20-də başa çatıb. Ukraynada növbəti prezident seçkiləri həmin ilin martın 31-də keçirilməli olsa da, təxirə salınmışdı. Ukrayna rəhbərliyi buna səbəb kimi ölkədə qüvvədə olan hərbi vəziyyəti və ümumi səfərbərliyi göstərmişdi.









