
Hüquqinfo.az bildirir ki,
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ-ın iştirakı ilə üçtərəfli görüşün dekabr ayında ABŞ-ın Mayami şəhərində keçiriləcək “Böyük İyirmilik” (G20) sammiti çərçivəsində baş tuta biləcəyini bildirib.
“Novosti.LIVE” xəbər verir ki, Zelenski bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində jurnalistlərlə söhbəti zamanı danışıb.
Onun sözlərinə görə, belə bir format ABŞ tərəfindən təklif olunan ən yaxşı imkanlardan biridir.
“Mən hesab edirəm ki, bu, real nəticə ilə üçtərəfli görüşün keçirilməsi üçün imkandır”, – Zelenski bildirib.
Ukrayna lideri qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın, eləcə də Avropa, Çin, Hindistan və Yaxın Şərq ölkələrinin nümayəndələrinin iştirakı nəticə əldə olunması üçün zəruri şərait yarada bilər.
“Şübhəsiz ki, belə bir format həyata keçirilərsə və müvafiq razılaşma əldə olunarsa, Ukrayna bu formatı dəstəkləyəcək”, – Zelenski vurğulayıb.








