










Hüquqinfo.az bildirir ki,
Almaniya 2036, 2040 və ya 2044-cü illərdə Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün Münhen şəhərini ölkənin namizədi kimi irəli sürüb.
O, qərarın Almaniya Olimpiya İdman Konfederasiyasının (DOSB) Baden-Badendə keçirilən gizli səsverməsinin nəticələrinə əsasən qəbul edildiyini bildirib.
Səsvermə zamanı DOSB üzvləri Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizəd şəhəri müəyyənləşdiriblər.
Qeyd edək ki, Almaniya sonuncu dəfə Yay Olimpiya Oyunlarına 1972-ci ildə ev sahibliyi edib. Həmin vaxt yarışlar da Münhen şəhərində keçirilib.









