
Hüquqinfo.az bildirir ki,
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turu "Ferrari" pilotu Şarl Lekler üçün çox çətin keçib.
"Hüquqinfo.az"un məlumatına görə, sürücü bu barədə mətbuat konfransında açıqlama verib.
"Bu gün çox çətin keçdi. Bu həftəsonu istədiklərimi edə bilmədim. Çünki bolid yaxşı reaksiya vermirdi. Sonradan bir qədər yaxşılaşdı".
Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 26-da keçiriləcək. Ş. Lekler sıralama turunda ikinci yeri tutub.








