
Hüquqinfo.az bildirir ki,
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (21.09.2026-27.09.2026) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Hüquqinfo.az-ya verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 208 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 1436 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.









