Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Azərbaycana 33 trilyon dollar vəsaiti idarə edən invest...--:--
News
Otman Bozdağ Palçıq Vulkanında püskürmə baş verib - VİD...--:--
News
Qaradağ rayonunda palçıq vulkanı püskürüb - VİDEO - YEN...--:--
News
Qaradağ rayonunda vulkan püskürüb - YENİLƏNİB--:--
News
UN-Habitat İçərişəhərdə sakinlər və turistlər arasındak...--:--
News
Azərbaycana 33 trilyon dollar vəsaiti idarə edən invest...--:--
News
Otman Bozdağ Palçıq Vulkanında püskürmə baş verib - VİD...--:--
News
Qaradağ rayonunda palçıq vulkanı püskürüb - VİDEO - YEN...--:--
News
Qaradağ rayonunda vulkan püskürüb - YENİLƏNİB--:--
News
UN-Habitat İçərişəhərdə sakinlər və turistlər arasındak...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

son xeberler

Barları şadlıq evlərinə köçürüblər, belə toy olar? - Video

Bugün, 12:06
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Bakupost TV-də xalq şairi Sabir Rüstəmxanlının “Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı yayımlanıb.

Axar.az xəbər verir ki, S.Rüstəmxanlı verilişdə müasir toyların təşkili, musiqi seçimi, gəlin və bəyin məclisdəki rolu, eləcə də şadlıq saraylarına verilən adlarla bağlı fikirlərini bölüşüb.

Xalq şairi toy məclislərində baş verən bəzi dəyişiklikləri mənəvi terror kimi qiymətləndirərək, milli adət-ənənələrdən uzaqlaşmanın yolverilməz olduğunu bildirib.

O, xüsusilə şadlıq evlərində musiqinin saatlarla fasiləsiz səsləndirilməsini və milli rəqslərin arxa plana keçməsini tənqid edib. Şairin sözlərinə görə, müasir toylar getdikcə diskotekaya çevrilir:

"Dörd-beş saat ara vermədən musiqi səslənir. Heç onun adı musiqi də deyil, diringidir. Və rəqslər də qəribədir. Azərbaycan rəqslərində kişilərimiz qol götürərdi, məğrur şəkildə "Qaytağı", "Ləzginka" oynayardı. Yaxud qadınlarımızın gözəl rəqsləri vardı. İndi toylarda bunların heç biri yoxdur.

Cavanlar istəyirdilər ki, yarım saatlıq da olsa, diskoteka havasında mahnılar olsun, Avropa sayağı atılıb-düşsünlər. Başa düşürəm. Amma indi bütün toyları bara çevirirlər. Bütün toylar diskotekaya çevrilir".

Şair gəlinlərin geyimi ilə bağlı da narazılığını ifadə edib. O, bəylərin toy mərasimində gəlinin uzun ətəyini yığmaq məcburiyyətində qalmasını qınayıb:

"Gəlinlə bəy gəlir, Allah xoşbəxt eləsin, ancaq, gəlinin sinəsi açıq olur. Məncə, gəlin bir az daha qapalı geyinə bilər. O qədər gözəl geyimlər var ki... Lakin mən maraqlandım, Bakıda gəlin paltarları satılan yerlər qəsdən o cür paltarlar tikirlər və camaat da normal gəlinlik tapa bilmir.

Ətək də üç metrə uzanır, yerlə sürünür. Bəy bəylik kürsüsündə əyləşməkdənsə, elə yolboyu gəlinin ətəyini yığmaqla məşğuldur. Birinci gündür, camaat içinə çıxıb, gəlinin yanında şax gəzməlidir. Bu ağadır, bu bəydir elə. Bu toyun sahibidir. Amma yox! Bəy əyilir, ancaq ətək toplaya-toplaya gəzir. Bu bəyi niyə sındırırsınız? Bəyi niyə bu ətəyin quluna çevirirsiniz? Bu geyimi normal tikin ki, gəlin normal gəzə bilsin.

Dəyişilə-dəyişilə, bütün yaxşı şeyləri - milli özəllikləri, milli gözəllikləri itirə-itirə gedirik. Amma hara gedirik?!".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
son xeberler

Qaradağ rayonunda vulkan püskürüb - YENİLƏNİB

News thumbnail
son xeberler

“Sea Breeze”dəki təcrübə regionlarda da tətbiq oluna bilər

News thumbnail
son xeberler

Emin Ağalarov: “Sea Breeze” ərazisində 5 mln. kvadratmetrdən çox tikinti aparılır

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Anar Əliyev: Azərbaycanda elektron sosial sistemlər 80-dək qurumun informasiya bazaları ilə inteqrasiya olunur

Bugün, 12:30
News thumbnail
Bugün
siyaset

Anna Soave: Azərbaycanın regionlarında turizmin inkişafı üçün böyük potensial var

Bugün, 12:30
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycan və Slovakiya qaz tədarükü ilə bağlı danışıqlar aparıb

Bugün, 12:30
News thumbnail
Bugün
dunya

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 11 sənəd mübadilə edilib - YENİLƏNİB

Bugün, 12:28

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Şahmar Mövsümov: Dövlət vəsaitlərinin bir hissəsi özəl sektorun inkişafı üçün güzəşt alətlərinə yönəldiləcək

Bugün, 12:28
News thumbnail
Bugün
iqtisadiyyat

Şahmar Mövsümov: "Azərbaycana 33 trilyon dollardan çox vəsaiti idarə edən investorlar gəlib"

Bugün, 12:27
News thumbnail
Bugün
cemiyyet

FHN Formula 1 üçün təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edib

Bugün, 12:25
News thumbnail
Bugün
siyaset

Energetika naziri AIIF 2026-da Azərbaycanın enerji infrastrukturu üzrə prioritetlərindən danışıb

Bugün, 12:25
News thumbnail
Bugün
cemiyyet

Bakıda təqaüdçüləri kömək etmək adı ilə talayan şəxs saxlanıldı

Bugün, 12:24
News thumbnail
Bugün
cemiyyet

Tailandda daşqınlar səbəbindən 84 mindən çox insan zərər çəkib

Bugün, 12:23
News thumbnail
son xeberler

FİFA-dan “Fənərbağça”ya qadağa

News thumbnail
son xeberler

Axtarışda olan 198 nəfər tutulub