
Hüquqinfo.az bildirir ki,
Məşhur amerikalı aktyor Conni Depp Las-Veqasda keçirilən tədbirdə qeyri-adi davranışı ilə diqqət çəkib.
“Hüquqinfo.az” xəbər verir ki, 63 yaşlı aktyor “Park MGM”də təşkil olunan “Drink Las Vegas” tədbirində fotoqraflar üçün poza verərkən arxasındakı dekorativ bitkilərdən birinin yarpağını dişləyib.
Aktyor daha sonra eyni hərəkəti təkrarlayaraq bu dəfə daha böyük yarpaq parçasını dişləyib. Onun bu davranışı tədbirin ən çox diqqətçəkən anlarından birinə çevrilib.
Bildirilib ki, fotosessiya zamanı Deppin dişlədiyi bitkilər həqiqi deyil, dekorativ məqsədlə istifadə olunan süni bitkilər olub.
Qeyd edək ki, Conni Depp son günlər yeni filmi “Day Drinker”lə də gündəmdədir. Mark Uebbin rejissorluğu ilə çəkilən filmdə aktyor Madelin Klayn və Penelopa Kruzla birlikdə rol alır. Deppin filmdəki dəyişmiş görünüşü də diqqət çəkən məqamlardan biri olub.






