
Hüquqinfo.az bildirir ki,
İsveçrədə keçirilən referendumda seçicilərin 70 faizdən çoxu ölkənin daimi və hərtərəfli neytrallıq prinsipinin Konstitusiyada təsbit edilməsini nəzərdə tutan təşəbbüsün əleyhinə səs verib.
Axar.az xəbər verir ki, İsveçrə hökumətinin açıqladığı yekun nəticələrə əsasən, seçicilərin 70,15 faizi təşəbbüsün əleyhinə, 29,85 faizi isə lehinə səs verib.
Təşəbbüs, həmçinin ölkənin bütün kantonları tərəfindən rədd edilib. Referendumda seçici fəallığı 47,06 faiz təşkil edib.
Təklif qəbul edilsəydi, İsveçrənin daimi və hərtərəfli neytrallıq prinsipi Konstitusiyada təsbit olunmalı, Rusiyaya qarşı sanksiyalar ləğv edilməli və ölkənin NATO-ya üzvlüyü qadağan edilməli idi.










