








Hüquqinfo.az bildirir ki,
Bu gün sosial şəbəkələrdə və mediada Ehtiram Quliyevin “Turan Tovuz”un rəhbərliyindən istefa verəcəyi ilə bağlı xəbərlər yayılıb.
O bildirib ki, hazırda klub daxilində mətbuatda qeyd edildiyi kimi narahatlıq yoxdur: “Turan klubu vahid sistemdən idarə olunur. Əsas məqsədimiz Azərbaycan futbolunun, xüsusilə Turan klubunun inkişafıdır. Bunu üçün bütün çalışmalarımız davam edir. Hazırda bütün gücümüzü “Turan Tovuz”- “Fənərbaxça” oyununa yönəltmişik. Təbii ki, bizim də klub olaraq bəzi narahatlığımız var. Bunun lazım gəldikcə ictimaiyyətə də bildirmişik və bildirməyə də davam ediləcək.
Oktyabr ayında klubun idarə heyətinin toplanması nəzərdə tutulub. Orada müzakirə ediləcək məsələlərlə bağlı AFFA-nın da mövqeyi öyrəniləcək. Toplantıda klubun və idarə heyəti sədrinin gələcək taleyinə aydınlıq gələcək. Bundan sonra veriləcək qərar ictimaiyyətə elan ediləcək”.









