Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Rəhim Həsənov hakim səhvini etiraf etdi--:--
News
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb--:--
News
Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində...--:--
News
“Ən yaxın Şərq” layihəsi fəaliyyətə başladı--:--
News
Boçorişvili: ABŞ-nin Azərbaycan-Ermənistan sülh prosesi...--:--
News
Rəhim Həsənov hakim səhvini etiraf etdi--:--
News
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb--:--
News
Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində...--:--
News
“Ən yaxın Şərq” layihəsi fəaliyyətə başladı--:--
News
Boçorişvili: ABŞ-nin Azərbaycan-Ermənistan sülh prosesi...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

Azərbaycanın mineral resurs potensialının xəritəsi hazırlanacaq

Bugün, 14:38
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanın işğaldan azad edilmiş əraziləri də daxil olmaqla, ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq.

"Hüquqinfo.az" xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyevin sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, hazırda "AzerGold" mineral resurs bazasının artırılması və yeni mədənlərdə istismara başlanılması məqsədilə genişmiqyaslı işlər görür.

"Proses 4 əsas mərhələdə həyata keçirilir. İlkin axtarış-qiymətləndirmə mərhələsində dövlət büdcəsi hesabına 15 min kvadratkilometr ərazidə tədqiqatlar davam etdirilir və işlərin 2027-ci ildə tamamlanması planlaşdırılır. Nəticədə işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq. Naxçıvan Muxtar Respublikasında ilkin axtarış-qiymətləndirmə işlərini Sizin iştirakınızla Birləşmiş Ərəb Əmirlikləri şirkəti ilə imzalanmış müqavilə çərçivəsində planlaşdırılan birgə müəssisə həyata keçirəcək.

Axtarış-qiymətləndirmə mərhələsində hazırda 10 perspektivli qızıl-mis sahəsi üzrə işlər davam edir və bu mərhələnin də 2027-ci ildə yekunlaşdırılması planlaşdırılır. İlkin kəşfiyyat mərhələsində 5 yataq üzrə iqtisadi cəhətdən səmərəli ehtiyatların müəyyənləşdirilməsi davam etdirilir. Naxçıvanda "Göydağ" və "Başkənd" mis-qızıl yataqları, Balakəndə "Mazımçay" mis yatağı üzrə artıq ümumilikdə təxminən 1,5 milyon qızıl ekvivalenti unsiya ilkin resurs müəyyən edilib. Naxçıvandakı "Nəsirvaz", Kəlbəcərdəki "Tutxun" qızıl yataqları üzrə isə ehtiyatların hesablanması davam edir. Sonuncu mərhələdə – dəqiq kəşfiyyat və texniki-iqtisadi əsaslandırma mərhələsində 3 yataq artıq istismara hazırlanır. "Söyüdlü" üzrə təxminən 1,03 milyon unsiya qızıl, "Ortakənd" üzrə 246 min unsiya qızıl, "Filizçay" üzrə isə 4 milyon qızıl ekvivalentində unsiya resurs müəyyən edilib", - deyə sədr qeyd edib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək

News thumbnail
cemiyyet

Bu xəstəxananın mətbəxi yanıb külə döndü - Foto

News thumbnail
cemiyyet

Qızlar yataqxanasında yoxlama: oğlanlar şkafdan çıxdı - Video

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Şamaxıda fermerlərlə görüşlər keçirilib

Bugün, 15:26
News thumbnail
Bugün
dunya

ABŞ hərbçiləri Litvaya yola düşüb

Bugün, 15:24
News thumbnail
Bugün
siyaset

"Azəri Med"in Tarif Şurasının qərarına əməl etmədiyi müəyyən olunub

Bugün, 15:23
News thumbnail
Bugün
siyaset

"John Deere"in yeni nəsil pambıqyığan kombaynları təqdim olunub

Bugün, 15:22

Həftənin Xəbərləri

News thumbnail
Bugün
idman

Nene "Fənərbağça"dan ayrılmaq istəyir

Bugün, 15:20
News thumbnail
Bugün
huquq

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Bugün, 15:20
News thumbnail
Bugün
dunya

Rusiyada ticarət kompleksində yanğın baş verib, 3 nəfər ölüb

Bugün, 15:18
News thumbnail
Bugün
cemiyyet

Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək

Bugün, 15:18
News thumbnail
Bugün
iqtisadiyyat

Qlobal neft bazarı: Əsas marşrutlardakı fasilələr qiymət təzyiqini gücləndirir-TƏHLİL

Bugün, 15:15
News thumbnail
Bugün
dunya

ADY-nin Astara Terminalında yük aşırılması 30% artıb

Bugün, 15:14
News thumbnail
cemiyyet

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

News thumbnail
cemiyyet

Polşada məktəbdə və məsciddə terror aktları hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb