
Hüquqinfo.az bildirir ki,
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq Göygöl rayon ərazisində ağacəkmə aksiyası keçirilib.
“Hüquqinfo.az” xəbər verir ki, ağacəkmə aksiyasında Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, yerli hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının və digər təşkilatların rəhbər şəxsləri, idarə, müəssisə və təşkilat kollektivləri iştirak ediblər.
Ağacəkmə aksiyası çərçivəsində 300-dən çox şam, çinar və dekorativ ağaclar əkilib.









