Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Azərbaycanın səfiri Türkiyənin milli müdafiə naziri ilə...--:--
News
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərba...--:--
News
ADY Hamburq Limanı ilə əməkdaşlığın inkişafına dair pro...--:--
News
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO--:--
News
“Ana olmaq istəyirəm”--:--
News
Azərbaycanın səfiri Türkiyənin milli müdafiə naziri ilə...--:--
News
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərba...--:--
News
ADY Hamburq Limanı ilə əməkdaşlığın inkişafına dair pro...--:--
News
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO--:--
News
“Ana olmaq istəyirəm”--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

son xeberler

"Şəki yaylası"ndakı faciə ilə bağlı şok fakt

Bugün, 16:27
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Ha çalışıram, yaddaşıma xəyal kimi gəlib gedir. Dərd içində çırpındığım o anlarda bir nəfər mənə yaxınlaşdı. O, özünü hüquq-mühafizə orqanının işçisi kimi təqdim edərək məndən “Telefonuna nəsə çəkibsənmi” deyə soruşdu. Dərdin ağırlığından əyilmiş başımı qaldırıb bu sualı verəni daha aydın görmək istədim. Lakin bu yük altında əzilən başımı qaldırmağa heyim yox idi. Yalnız “hə, çəkmişəm” mənasında başımı zorla tərpədə bildim. “Onda telefonunu ver baxım” dedi.

Axar.az xəbər verir ki, bu sözləri "Şəki yaylası"nda baş verən faciənin birbaşa şahidi, Coşqun Məmmədovun nişanlısı Nazlı xanım deyib.

"Həmin anda keyləşmiş zehnim məni idarə edə bilmirdi. Düşüncələrim, ağlım, huşum məni tərk etmişdi. Göz yaşları içində boğula-boğula var gücümü toplamağa çalışdım, titrəyən əllərimlə telefonu ona uzatdım. Hər dəfə bu barədə düşünəndə həmin səhnənin kadrları zehnimin dumanları içində gah batır, gah da üzə çıxır, ancaq heç vaxt sonacan aydınlaşmır. Çünki mən nə baş verdiyini anlamaq istəyirəm; anlamaq istəyirəm ki, mənim göz yaşlarımın torpağı da oda qaladığı həmin anda varlığı ilan kimi soyuq, yırtıcı qədər kəmfürsət olan bu məxluq kim idi və qəfil haradan peyda olmuşdu?

Nişanlımın dəfnindən sonra “Şəki yaylası”nda faciə baş verənə qədər telefonuma çəkdiyim xoşbəxt anlarıma dönmək, o sevimli anlarıma dərdimlə bir yerdə ağlamaq istədim. Bilmirəm, bu bəlkə həm də nədəsə təskinlik tapmaq axtarışım idi. Hələ də aydınlaşmamış zehnimdə sonacan ayırd edə bilmədiyim bir istəklə telefonumu açdım. Ancaq kaş açmazdım. Həyatımın bu ağır anında növbəti şoku yaşadım. Kanatın qırıldığı və faciənin anlarını özündə yaşada biləcək kadrlarla birgə telefonumun yaddaşından həmin gün çəkdiyim bütün kadrlarlar silinmişdi. Özü də yalnız mənim telefonumdan deyil, göndərdiyim bütün ünvanlardan silinmişdi. Telefonumun yaddaşının beləcə sürətlə təmizlənməsini anlamaq üçün təkrar-təkrar baş verənləri çiliklənmiş huşumda az da olsa bərpa etmək istəyirəm. Ancaq taleyim kimi indi huşum da da mənə xəyanət edir, heç nəyi geri qaytarmır", - o deyib.

Qeyd edək ki, Nazlı xanımın bu sözlərini həmin hadisədə dünyasını dəyişən digər gənc - Ucal Bayramovun atası Asif Bayramov ictimailəşdirib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
son xeberler

“Ana olmaq istəyirəm”

News thumbnail
son xeberler

AFFA-da Region Liqasının yeni mövsümünün formatı təqdim olunub

News thumbnail
son xeberler

Günel Bədəlova: "Aleksandr Plyuşenkonun Azərbaycan adından debütü pis alınmadı"

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

Açıq havada opera tamaşaları və konsertlərin yeni ünvanı

Bugün, 17:28
News thumbnail
Bugün
idman

İspaniya Kral Futbol Federasiyası Luis de la Fuente ilə müqavilənin müddətini uzadıb

Bugün, 17:22
News thumbnail
Bugün
cemiyyet

Cəlilabadda açıq ərazi yanır - FOTO

Bugün, 17:22
News thumbnail
Bugün
cemiyyet

Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi”

Bugün, 17:20

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Bugün, 17:19
News thumbnail
Bugün
huquq

Bakıda marketdə qadını döyən şəxs həbs edilib

Bugün, 17:17
News thumbnail
Bugün
idman

Azərbaycanın U-20 millisinin baş məşqçisi: "Yerli futbolçularla uğura nail ola bilərik"

Bugün, 17:17
News thumbnail
Bugün
siyaset

Bakının azad edilməsi İzmirdə qeyd olundu - Foto

Bugün, 17:17
News thumbnail
Bugün
huquq

Alban-Udi xristian dini icmasının üzvü: Gəncəsər monastırında öz dilimizdə ibadət etdik

Bugün, 17:16
News thumbnail
Bugün
huquq

“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib

Bugün, 17:16
News thumbnail
son xeberler

İcra başçısı müavinini işdən çıxardı

News thumbnail
son xeberler

Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar keçirilir