
Hüquqinfo.az bildirir ki,
Apasport.az xəbər verir ki, oktyabrın 1-də A, B və D liqalarında ümumilikdə 8 qarşılaşma keçirilib.
Azərbaycan millisi D Liqasının 2-ci qrupunda doğma meydanda Lixtenşteynlə qarşılaşıb. Bakı vaxtı ilə saat 20:00-da başlayan görüş qolsuz heç-heçə ilə başa çatıb.
A Liqasının 2-ci qrupunda Almaniya Serbiyanı 2:0 hesabı ilə məğlub edib, Yunanıstan və Niderland isə 2:2 hesablı heç-heçəyə razılaşıb.
4-cü qrupda son Millətlər Liqasının qalibi Portuqaliya səfərdə Danimarkanı 4:2 hesabı ilə üstələyib. Digər qarşılaşmada Uels Norveçi 2:1 hesabı ilə məğlub edib.
B Liqasında İrlandiya – Avstriya matçı 2:2, İsrail – Kosovo görüşü isə 0:0 hesabı ilə başa çatıb.
Millətlər Liqası 1 oktyabr 20:00 – Azərbaycan – Lixtenşteyn 0:0 22:45 – Almaniya – Serbiya 2:0 22:45 – Yunanıstan – Niderland 2:2 22:45 – Danimarka – Portuqaliya 2:4 22:45 – Uels – Norveç 2:1 22:45 – İrlandiya – Avstriya 2:2 22:45 – İsrail – Kosovo 0:0 22:45 – Malta – Cəbəllütariq 1:1






