










Hüquqinfo.az bildirir ki,
"Mingəçevir Reqatası-2026"nın Füzulidə keçirilən mərhələsinin qalibləri mükafatlandırılıb.
"Hüquqinfo.az"un bölgəyə ezam olunan əməkdaşının məlumatına görə, turnirin ilk günündə 1 nəfərlik kanoe və kayakda 200 metr məsafəyə yarışlar keçirilib.
Əlimurad Hacızadə birinci, Nuran Rəhimli (hər ikisi 2008/2009) ikinci, Hüseyn Səmədli (2008/2009) və Elmir Tarverdiyev (2010/2011) isə üçüncü pilləni tutub.
Mükafatları qaliblərə gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Su İdmanı Federasiyasının rəhbəri Vüqar Əhmədov təqdim ediblər.








