










Hüquqinfo.az bildirir ki,
“Təəssüf ki, Azərbaycan ərazilərinin minalar və digər partlayıcı qurğularla genişmiqyaslı çirkləndirilməsi ciddi mane olaraq qalmaqdadır. Bu, bərpa və qayıdış prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir. 2020-ci ildə ərazilərin işğaldan azad edilməsindən sonra qadın və uşaqlar da daxil olmaqla, 400-dən çox insan mina qurbanına çevrilib. Son 30 il ərzində mina qurbanlarının ümumi sayı 3500 nəfəri ötüb”.
“Hüquqinfo.az” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
“Bu problemin miqyasını nəzərə alaraq, Azərbaycan mina təmizləmə fəaliyyətini insan hüquqlarının təmin olunması üçün zəruri ilkin şərt hesab edir və humanitar mina təmizlənməsini özünün 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi rəsmən bəyan edib.
Eyni qaydada, münaqişə nəticəsində itkin düşmüş təxminən 4000 azərbaycanlının taleyi və yerinin müəyyən edilməsinin zəruriliyi təkcə hesabatlılıq, qurbanların və onların ailələrinin hüquqları baxımından deyil, həm də münaqişədən sonrakı barışıq və normallaşma prizmasından mühüm əhəmiyyət daşıyır”, - nazir qeyd edib.










