Hüquqinfo.az bildirir ki,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən cari ilin yanvar-avqust aylarında icbari tibbi sığorta ilə dövlət tibb müəssisələrində 66 milyon xidmət göstərilib.
Nazirlikdən Hüquqinfo.az-ya verilən məlumata görə, bu xidmətlərin 88 faizini ambulator, 12 faizini stasionar xidmətlər təşkil edib.
Bildirilib ki, dövlət tibb müəssisələrinə 8 ayda 4,4 milyondan çox şəxs 17,7 milyon müraciət edib. Onlardan 1,4 milyona yaxını uşaqlar olub. 2026-cı ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə pasiyentlərin sayı 3,1 faiz, müraciətlərin sayı 7,9 faiz, göstərilən tibbi xidmətlərin sayı 9 faiz artıb.






