Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarılıb--:--
News
8 ayda icbari tibbi sığorta ilə 66 milyon tibbi xidmət ...--:--
News
Azərbaycan Filippində ƏDV məsələlərinə həsr olunmuş təd...--:--
News
Fransada bir sıra ərazilərdə daşqın riski ilə əlaqədar ...--:--
News
Kiyevdə iki böyük elektrik stansiyası Rusiyanın dron və...--:--
News
Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarılıb--:--
News
8 ayda icbari tibbi sığorta ilə 66 milyon tibbi xidmət ...--:--
News
Azərbaycan Filippində ƏDV məsələlərinə həsr olunmuş təd...--:--
News
Fransada bir sıra ərazilərdə daşqın riski ilə əlaqədar ...--:--
News
Kiyevdə iki böyük elektrik stansiyası Rusiyanın dron və...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Bugün, 11:17
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanda məhkəmə ekspertizası sahəsində ekspertizaların aparılması zamanı istifadə olunan tədqiqat metodları barədə məlumatların sistemləşdirilməsi və əldə olunmasının təmin edilməsi istiqamətində görülən işlər çərçivəsində Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib.

Bildirilib ki, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri məhkəmə ekspertizası tədqiqatlarının həyata keçirilməsi zamanı tətbiq edilən tədqiqat metodları barədə məlumatların toplanmasını, uçotunun aparılmasını, sistemləşdirilməsini, aktuallığının təmin edilməsini və istifadəyə açıq olan məlumatların ictimaiyyətə təqdim edilməsini təmin edən elektron informasiya resursudur. Dövlət Reyestri Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılır, aparılır və idarə olunur.

Reyestrin aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş "Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin Reyestrə daxil edilməsi Qaydaları" ilə tənzimlənir.

Hazırda Reyestr fəaliyyət göstərir və Ədliyyə Nazirliyinin (www.justice.gov.az), eləcə də Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin rəsmi internet səhifələrində (www.expert.gov.az) yerləşdirilib.

Reyestrin məlumat bazası Ədliyyə Nazirliyi ilə yanaşı, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyinin müvafiq ekspertiza idarələrində aparılan tədqiqatlara dair məlumatlar əsasında formalaşdırılır.

Reyestrdə tədqiqat metodunun adı, aid olduğu məhkəmə ekspertizası sahəsi, metodu təqdim edən məhkəmə ekspertizası idarəsinin, habelə qurumun adı və hüquqi ünvanı, tədqiqat metodunun pasportu, metodun Dövlət Reyestrinə daxil edildiyi tarix və qeydiyyat nömrəsi ilə bağlı digər məlumatlar əks olunur. Bu isə məhkəmə ekspertlərinin ekspertiza zamanı Reyestrə daxil edilmiş tədqiqat metodlarından istifadə etməsinə, məhkəmə ekspertizası tədqiqatlarının müəyyən edilmiş qaydalara və qanunvericiliyin tələblərinə uyğun aparılmasına imkan yaradır.

Reyestrin istifadəyə verilməsi məhkəmə ekspertizası tədqiqatları zamanı tətbiq olunan metodlar barədə məlumatların vahid bazada toplanmasına və bu metodların sistemləşdirilmiş şəkildə tətbiqinin təmin edilməsinə xidmət edir.

Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri ilə linkə keçid edərək tanış olmaq mümkündür.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Azərbaycan Filippində ƏDV məsələlərinə həsr olunmuş tədbirdə iştirak edib

News thumbnail
siyaset

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul edib

News thumbnail
siyaset

Sahibə Qafarova: Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün təmininin ən mühüm mərhələsini başa çatdırıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Qaçırıldığı iddia olunan təyyarə Səudiyyə Ərəbistanında eniş edib

Bugün, 11:14
News thumbnail
Bugün
siyaset

Azərbaycanda "yaşıl investisiya" risklərinin sığortalanması müzakirə edilib

Bugün, 11:10
News thumbnail
Bugün
siyaset

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir

Bugün, 11:09
News thumbnail
Bugün
cemiyyet

Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası...

Bugün, 11:08

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanda 8 ayda 26 min nəfərə əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin edilib

Bugün, 11:06
News thumbnail
Bugün
idman

Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub

Bugün, 11:06
News thumbnail
Bugün
iqtisadiyyat

Avropada ötən ay qazın qiyməti illik müqayisədə 90%-dən çox artıb

Bugün, 11:04
News thumbnail
Bugün
siyaset

Milli Məclisin ilk iclası başladı

Bugün, 11:03
News thumbnail
Bugün
dunya

Təl-Əvivə uçan "Flydubai" təyyarəsi Səudiyyə Ərəbistanına eniş edib - YENİLƏNİB-1

Bugün, 11:02
News thumbnail
Bugün
siyaset

Payız sessiyası başladı

Bugün, 11:02
News thumbnail
siyaset

Bu ölkədə Azərbaycan dili tədris olunacaq

News thumbnail
siyaset

Filarmoniyanın fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlara aydınlıq gətirilib