
Hüquqinfo.az bildirir ki,
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Filippinin paytaxtı Manilada beynəlxalq ticarət və elektron ticarət üzrə ƏDV məsələlərinə həsr olunmuş tədbirdə iştirak edib.
"Hüquqinfo.az" quruma istinadən xəbər verir ki, tədbir Asiya İnkişaf Bankı (ADB), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və OECD Koreya Siyasət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə müxtəlif ölkələrin vergi administrasiyalarının nümayəndələri iştirak ediblər, elektron ticarət və rəqəmsal xidmətlərin ƏDV-yə cəlb edilməsi, elektron ticarət üzrə vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq təcrübə və qabaqcıl yanaşmalar müzakirə olunub.
Tədbir çərçivəsində ADB və Azərbaycan nümayəndələri arasında ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycanda həyata keçirilən "Daxili Resursların Səfərbər edilməsi və Beynəlxalq Vergi Əməkdaşlığı üzrə Regional Mərkəzin Yaradılması" regional texniki yardım layihəsinin cari vəziyyəti, növbəti mərhələdə nəzərdə tutulan tədbirlər, eləcə də elektron ticarət və rəqəmsal iqtisadiyyat sahəsində vergitutma mexanizmlərinin və vergi inzibatçılığının təkmilləşdirilməsi məsələləri müzakirə edilib.









