
Hüquqinfo.az bildirir ki,
Bu ilin yanvar-iyul aylarında Azərbaycana turizm məqsədilə səfər etmiş 723 min 222 əcnəbi və vətəndaşlığı olmayan şəxsdən 657 min 596 nəfəri (90,9 %-i) ölkədə onlara göstərilən xidmətlərdən razı qalıb.
"Hüquqinfo.az" Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 % azdır.
Ən çox məmnunluq göstərən turistlər Rusiyadan gələnlər olub – 215 min 428 nəfər. Amma bu, 1 il əvvələ nisbətən 20,9 % azdır.
Türkiyədən gələn məmnun turistlərin sayı 95 min 288 nəfər olub ki, bu da illik müqayisədə 11,5 % azdır.
Qazaxıstandan gələn və xidmətlərdən razı qalan turistlərin sayı isə 37 min 408 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 12,4 % azdır.
65 min 626 nəfər turist isə xidmətlərdən narazı qaldığını bildirib. Bu da 1 il əvvəllə müqayisədə 39,3 % azdır.
Narazı turistlərin ölkələr üzrə bölgüsünə baxdıqda, ilk sırada yenə də Rusiya yer alıb –21 min 290 nəfər. Lakin bu, illik müqayisədə 29,7 % azdır.
Narazı turistlər arasında Türkiyədən olanların sayı 37,6 % azalaraq 8 min 786 nəfər, Qazaxıstandan olanların sayı isə 42,2 % azalaraq 3 448 nəfər olub.
Azərbaycana gələn turistlər ən çox ictimai iaşə xidmətlərindən narazı qalıb. Belə ki, bu xidmətlə bağlı 13 min 939 turist narazılığını qeyd edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 % azdır.
Avtobusla sərnişindaşıma xidmətindən narazı qalanların sayı isə 12 min 797 nəfər olub. Bu, 1 il əvvələ nisbətən 44,3 % azdır.
Taksi xidmətlərindən narazı qalan turistlərin sayı illik müqayisədə 36,4 % azalaraq 10 min 472 nəfər olub.
Bələdçi xidmətlərindən narazı qalan turistlərin sayı isə 6 min 803 nəfər olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 39,6 % azdır.
Son 1 ildə yerləşmə xidmətlərindən narazı qalanların sayı 48,2 % azalaraq 5 min 248 nəfər, metro xidmətlərindən narazı olanların sayı isə 39,8 % azalaraq 4 min 883 nəfər təşkil edib.
Turagentlərin (turoperatorların) xidmətlərindən narazı qalanların sayı isə 1 498 nəfər olub ki, bu da illik müqayisədə 3 dəfə azdır.
Digər xidmətlərdən isə 9 min 958 nəfər narazı qalıb ki, bu da 1 il əvvələ nisbətən 37,7 % azdır.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana turizm məqsədilə səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 1 milyard 553 milyon 954,3 min manat xərcləyib.
Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 349 milyon 35,1 min manat və yaxud 18,3 % azdır.
Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 7 ay ərzində nəqliyyata 699 milyon 101,9 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 176 milyon 6,4 min manat və yaxud 20,1 % azdır.
Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 27,4 % və yaxud 108 milyon 173,8 min manat azalaraq 285 milyon 466,5 min manat olub.
Turistlər qidalanmaya 289 milyon 722,7 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 17,5 % azdır.
7 ayda Azərbaycana 191 ölkədən 1 milyon 342,6 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.










